Gündəm
Deputatlarımız regional konfransa qatılıblar
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestə səfər ediblər.
Amerika tankları Kəbənin QAPILARINDA: Yaxın 50 il üçün DƏHŞƏTLİ PROQNOZLAR
“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və parçalanır”.
Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Arxangelskdə Azərbaycan günləri keçirilib
Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Araxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub. Tədbirdə Azərbaycan xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov qonaqlara Azərbaycan haqqında ümumi məlumat verib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının təqdimatında Azərbaycan xalq mahnıları və rəqsləri izlənilib.
Daha 206 əmlak hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 11-də keçiriləcək yeni hərrac elan edilib. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.
Keyrəki palçıq vulkanında püskürmə baş verib
İyunun 12 – də səhər saatlarında Keyrəki palçıq vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Olaylar” – a bildirilib ki, vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.
Türkiyə millisinin üzvü saxlanıldı
Türkiyə millisinin hücumçusu Enes Ünal gözlənilməz hadisə ilə üzləşib. Gənc forvard ölkəsində polislər tərəfindən saxlanılıb.
Hakana 3 klub iddia edir
"Bayer Leverkusen"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb. "Çelsi", "Latsio" və "Arsenal" 23 yaşlı havbeki transfer etmək niyyətindədir. İngilis klubları buna daha şanslıdır. "Latsio" isə Hakana əsas heyətdə oynamağa zəmanət verməklə onu cəlb etməyə çalışır.
Avropa İttifaqı vizanın ləğvi üçün Azərbaycandan müraciət gözləyir
Azərbaycan viza rejiminin ləğvi ilə bağlı bizə rəsmi müraciət etməyib. Bunu özəl açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.
Bakıda sevgilisi tərəfindən öldürülən qadının adı açıqlandı - AİLƏSİ TAPILDI
Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində öldürülən qadının şəxsiyyəti müəyyənləşdirilib. İyunun 3-də 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində meyiti tapılan 30-35 yaşlı qadının 1983-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini İlahə Şahbazova olması müəyyən edilib. Məlum olub ki, o, daha əvvəl məhkumluq həyatı yaşayıb.
Sərbəst güləşçilər Tbilisidən medalla qayıdıb
Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Milli Şura növbəti məlumat turu təşkil edir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 20 iyun 2017-ci il tarixində, saat 11:00-da Bakı Neft Emalı Zavodunda keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GTMŞ-dan daxil olub.
Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək
Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.
Nazir: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.
Yaxın Şərqdə gərginlik kuliminasiya nöqtəsində
Yaxın və Orta Şərqdə davam edən gərginlik özünün kuliminasiya nöqtəsinə çatır desək, yanılmarıq. Birləşmiş Ştatlar prezidentiDonald Trampın Yaxın Şərq səfəri, İranda prezident seçkiləri, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsinin siyasi nəticələri artıq özünü göstərməkdədir. Göründüyü kimi, bu son proseslərdə hədəf iki ölkə - İran və Qətərdir. Bəs nə üçün məhz bu ölkələr hədəf seçilib, bunun arxasında hansı ziddiyyətlər dayanır?














