Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək
Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.
12 İyun 2017 13:56 OrduTəhsil Nazirliyi "Məktəbəqədər təhsilin kurikulumu" sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının "Sənədlər" bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.