Gündəm

Sumqayıtdakı qəbiristanlıqda XAOS: "5-6 adam üst-üstə basdırılıb?" - VİDEO

12 İyun 2017 15:01

Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir.

Sosial şəbəkələrdəki real durum qonşu davasına bənzəyir

12 İyun 2017 14:59

Günümüzdə sosial şəbəkələr getdikcə cəmiyyət üçün daha mənfi tendensiyalara yol açır, öz təyinatını demək olar ki, itirir. Artıq sosial şəbəkələr sanki kolxoz bazarını xatırladır. Bura üzv olan, oradan qeydiyyatdan keçən əksəriyyət şəxslər sosial şəbəkələrdə cəmiyyəti maarifləndirəcək, onu daha yaxşı şeylər barədə məlumatlandıracaq xəbərlər paylaşıb, yanaşmalar ortaya qoymaq əvəzinə bunun əksi ilə məşğul olurlar.

"Azərbaycan dövlətinin varlığı Milli Qurtuluş Günü ilə bağlıdır"

12 İyun 2017 14:52

"Azərbaycanda bir çox rəsmi və qeyri-rəsmi bayramlar qeyd olunur. Lakin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinin ən önəmli bayramlarından biridir. Çünki 15 iyun tarixi olmasaydı, bu gün müasir, qüdrətli Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi”. Bunu  YAP Siyasi Şurasının üzvü, “ İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır

12 İyun 2017 14:51

Azərbaycan on ildən artıqdır ki, özünün sürətli inkişaf dövrünü yaşayır. Ötən illər ərzində bütün sahələrdə müşahidə edilən uğurlar, nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki yeri və rolunu artırmaqla yanaşı, onu regionun lider dövlətinə də çevirdi. Sevindirici hal ondan ibarətdir ki, bu müsbət tendensiya günümüzdə də davam edir. Heç şübhəsiz ki, bütün bu uğurlara Cənab İlham Əliyevin ötən il 13 il ərzindəki prezidentliyi dövründə nail olunub.

Arıçılığın inkişafına necə nail olmalı?

12 İyun 2017 14:48

Yay fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edilir. 

Kremlin Şanxay Əməkdaşlıq Təşkilatındakı hədəfi

12 İyun 2017 14:46

Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı planlarını mərhələ-mərhələ reallaşdırmağa nail olmaqdadır. Elə həftə sonu təşkilatın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən sammiti və onun nəticələri də belə bir görüntünü ortaya qoymuş oldu. Belə ki, sammitin nəticələrindən bəlli oldu ki, İslamabad və Dehli Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvünə çevrildilər. Məlumat üçün qeyd edək ki, 2001-ci ildə təsis edilən təşkilatın əsas təşəbbüskarlarından biri məhz Rusiya Federasiyası olub və günümüzdə ŞƏT-in sıralarının genişlənməsi müəyyən mənada Rusiyanın uğuru sayıla bilər.

Qırğızıstan prezidenti: “Astanadakı kimi 3 milyardı sərgiyə xərcləsəm məni diri-diri yandırardılar...”

12 İyun 2017 14:39

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib. Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.

DSX Akademiyasının 10 illiyi qeyd olunub

12 İyun 2017 14:37

İyun ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlan­ması, hərbi qulluqçuların peşə hazır­lığının təkmil­ləşdiril­məsi, elmi-təd­qiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib.

Növbəti qrant müsabiqəsi başa çatıb

12 İyun 2017 14:36

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə,  müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:Mütərəqqi proqram təminatının hazırlanması; İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması; Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

248 namizəd müvəffəqiyyət qazanıb

12 İyun 2017 14:34

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün 529 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 248 nəfər müvəffəqiyyət qazanıb.  Bu barədə Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydalarına əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib

12 İyun 2017 14:33

Dövlət Statistika Komitəsinin internet səhifəsi yenilənib. Komitədən “Olaylar”a verilən məlumata görə, yeni səhifədə müasir dövrün əsas texnoloji üstünlükləri nəzərə alınmaqla təkmilləşdirmə işləri aparılıb, o cümlədən səhifənin görünüşü tamamilə dəyişdirilərək müasir standartlara, kompüter və mobil avadanlıqların ekran ölçülərinə tam uyğunlaşdırılıb.

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

12 İyun 2017 14:31

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

Yəməndə hərbi bazaya hücum - 2 hərbçi öldü

12 İyun 2017 14:29

Yəmənin şərqindəki Hadramaut əyalətində "Əl-Qaidə" terror qruplaşmasının silahlıları hərbi bazaya hücum edib. Hücum nəticəsində iki hərbçi həlak olub. Hərbçilər silahlı hücumun qarşısını ala bilib və hücum edənlərdən azı 10 nəfəri zərərsizləşdirilib.

Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı - Ondan necə qorunaq? - YENİLƏNİB

12 İyun 2017 14:25

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Valideyn hansı halda övladının cəzasını çəkəcək?

12 İyun 2017 14:24

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.