248 namizəd müvəffəqiyyət qazanıb
Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün 529 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 248 nəfər müvəffəqiyyət qazanıb. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydalarına əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
12 İyun 2017 14:34 SosialƏdliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün 529 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 248 nəfər müvəffəqiyyət qazanıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydalarına əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
Xatırladırıq ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir. Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.