Gündəm

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - Estoniya XİN başçısı

12 İyun 2017 15:39

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". Bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunacaq"

12 İyun 2017 15:37

Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib.

Bakı və Xaçmazda aşkar edilən ətlərdə bakterioloji çirklənmə müəyyən edilib

12 İyun 2017 15:36

Xəbər verdiyimiz kimi, iyunun 9-da Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilmişdir.

MTK-lar şişirdilmiş aylıq ödəniş tələb edirlər

12 İyun 2017 15:32

Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırıblar. Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri “bir az da uzağa gedərək” hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın “kommunal pulu” ödəməlidir. Bu isə əsalandırılması mümkün olmayan ödəniş məbləğidir. Maraqlıdır  MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir?

Keçmiş məhkumdan marixuana götürülüb

12 İyun 2017 15:24

Şəmkir şəhər sakininin həyətindən çətənə kolları, marixuana və çətənə toxumu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 12-də Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ürəkşam Məmmədovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu, 6 kiloqram 411,28 qram marixuana və 54,78 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Tovuzda avtomobil ağaca çırpılıb

12 İyun 2017 15:23

Tovuz rayonunda yol qəzası baş verib. Məlumata görə, hadisə iyunun 12-də səhər saatlarında rayonun Əyyublu kəndi ərazisində baş verib.Əyyublu kənd sakinləri, 1975-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Fəzail qızı və 1968-ci il təvəllüdlü İsmayılova Ceyran Həsən qızının sərnişin qismində getdiyi “VAZ” markalı avtomobil kənd ərazisində idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan qadınlar əkin sahəsinə gedirmiş.

Yeni hədəf Türkiyədir

12 İyun 2017 15:22

"Türkiyənin Cənub -Şərqində Həkkari, Mardin, Diyarbəkir bölgələrində PKK terror təşkilatının aktivləşməsi və hərbçilərə hücum halları çoxalıb. Şimali İraqda PKK kamplarına və Şimali Suriyada Türkiyənin uğurlu əməliyyatlarına cavab kimi terroristlər, bu ölkənin daxilində təxribatlarını həyata keçirir. Məqsəd Türkiyəni daxili savaşa çəkmək, Suriya və İraqda Pkk-PYD-nin güclənməsinə şərait yaratmaqdır".

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

12 İyun 2017 15:21

Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alıb, bir daha bildiririk ki, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunub

12 İyun 2017 15:19

 Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Öncə teatr və kino tarixində özünəməxsus yeri olan unudulmaz akrtyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tarixinəzə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub.

ABŞ-ın keçmiş baş prokuroru Qətəri müdafiə edəcək

12 İyun 2017 15:19

Qətər hakimiyyəti ABŞ-ın keçmiş baş prokuroru Con Eşkrofta aid olan hüquq şirkətinə 2,5 milyon dollar ödəyib. Hüquq şirkəti Qətəri terrorizm ittihamlarından müdafiə edəcək. Telekanal iddia edir ki, Eşkroft bu işdə şəxsən iştirak edəcək. O, kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın baş prokuroru olub.

Əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib

12 İyun 2017 15:16

Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 997 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Məhkumlar arasında vərəmdən ölüm 100 dəfə azalıb

12 İyun 2017 15:10

Ölkəmizdə ümumbəşəri sosial bəla olan vərəm əleyhinə səmərəli mübarizə aparılaraq, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə müvafiq proqramlar və layihələr həyata keçirilir. Maraqlıdır, bəs ölkənin penitensiar müəssisələrində bu xəstəliyə qarşı mübarizəyə necə aparılır?

“Münaqişənin həlindən danışmaq nağıldır”

12 İyun 2017 15:09

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb. Avropa Şurasının Bakıdakı ofisindən bildirilib ki, səfər zamanı həmməruzəçilər ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmən sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.

“Seyidlik vəsiqəsi” kimlərə verilir?

12 İyun 2017 15:07

Az əvvəl  məscidlərdə nəzir qutularının qoyulması məsələsi gündəmi zəbt etmişdi. İkiyə haçalanan fikirlərdən biri ondan ibarət idi ki, nəzir qutularının gəlir mənbəyinə çevrilməsi yolverilməszdir. Bu iddia ilə çıxış edənlər fikirlərini onunla əsaslandırıdılar ki, məscidlərə nəzarət edənlər nəzir qutusundan əldə edilən gəliri təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün istifadə edir.

Əmanətlərin Sığortalanması Fondu müflis olmaq təhlükəsindən çıxdı

12 İyun 2017 15:04

Əmanətlərin Sığortalanması Fondu 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan görünür ki, Fond ötən ili 507 milyon manatdan çox zərərlə başa vurub və faktiki müflisləşib. Xatırladaq ki, 2016-cı ildə 11 bank bağlanmışdı və artıq 6-cı bank (“Texnikabank”) müflis olanda Fondun vəsaiti tükəndi.