Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunub
Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Öncə teatr və kino tarixində özünəməxsus yeri olan unudulmaz akrtyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tarixinəzə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub.
12 İyun 2017 15:19 Teatr və kinoBöyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.
Teatrdan "Olaylar" - a bildirilib ki, böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Öncə teatr və kino tarixində özünəməxsus yeri olan unudulmaz akrtyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tarixinəzə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Ə. Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını çatdırıb.
Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında çıxış edib.