Gündəm

Ekspert: “Həmsədrlər bivec, hiyləgər və çirkin siyasətlə məşğuldurlar”

12 İyun 2017 16:39

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin regiona növbəti, növbətçi səfəri başlayıb. Görəsən adlarını diplomat qoyan adamlar indiyə qədər gördükləri hansısa bir uğurlu işi dilə gətirə bilərlərmi? Bu günə kimi onlarla həmsədrlər görmüşük və onlar da vəzifədə olanda bir söz, vəzifədən çıxandan sonra isə "bülbül kimi" tam başqa məsələlərdən, münaqişənin yalnız və yalnız sülh yolu ilə mümkünlüyünü dilə gətirirlər.

625 milyonda bir görülən doğuş - Dünya bu uşaqdan danışır

12 İyun 2017 16:39

Ukraynalı 31 yaşlı qadının doğuşu dünya mediasının diqqətini cəlb edib. Belə ki, həkimlərin belə möcüzəvi adlandırdığı doğuşa 625 milyonda bir rast gəlinir. Bunun səbəbi uşağın ana bətnində deyil, qarın bölgəsində inkişaf etməsi olub.

Azərbaycanın ən cazibədar bədəninə sahib qızı və oğlanı seçildi - VİDEO

12 İyun 2017 16:38

"Mens Physique" və Bikini-Fitness üzrə ilk Azərbaycan Çempionatı baş tutub. Yarış Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunub. Yarış iyun ayın 10-u "Khazar Golden Beach"də baş tutub. Yarışmaya qatılanlardan Fərhad Heydərov "Mens Physique" üzrə, Salatın Əsədova isə Bikini-Fitness üzrə birincilik qazanıb.

Əlidən ayrılan Nurlana yenidən keçmiş sevgilisinə döndü

12 İyun 2017 16:34

Türkiyənin "Star" televiziyasında yayımlanan "Zuhal Topalla” evlilik verilişində iştirak edən Nurlana sevgilisi Əli ilə yollarını ayırıb. Bir müddət əvvəl Nurlananın parapsixoloq Həsən Həsrətli ilə sevgili olduqları iddia olunurdu. Hətta ikilinin səmimi videoları da yayılmışdır.

Heydər Əliyev fikir və söz azadlığının qarantı kimi

12 İyun 2017 16:31

Azərbaycan mətbuatı bu günkü səviyyə, durum, inkişaf dövrünə gəlib çatana qədər xeyli çətin və keşməkeşli, enişli-yoxuşlu yol keçib. Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı 142-ci ilini yaşadığımız bu illər ərzində yalnız iki dəfə öz intibah dövrünü, inkişaf mərhələsini yaşayıb. Hər iki dövr də məhz Azərbaycanın müstəqillik, suverenlik dövrünə təsadüf edib. Birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında, ikinci inkişaf mərhələsi isə Sovetlərin dağılmasından sonra, müstəqillik illərində. Əgər Azərbaycan mətbuatının birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Hökumətin adı ilə bağlı idisə, ikinci inkişaf mərhələsi isə ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır.

İdmançımız qalib oldu

12 İyun 2017 16:30

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edirdi. Azərbaycanı bu yarışda Royal Fight klubunun professional idmançısı Şikar Bədəlov təmsil edirdi. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Azərbaycanın Müdafiə naziri Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb

12 İyun 2017 16:27

İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb. Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.

Bakı və Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

12 İyun 2017 16:26

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 11-də saat 23 radələrində Sumqayıt şəhəri V.Axundov küçəsində şəhər sakini Əmrah Ağazadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Səadət Abdulovu vurub. Nəticədə S.Abdulov  piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. Həmçinin İyunun 11-də saat 22 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Nursəməd Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacıağa Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Miqrasiya Xidməti turizm obyektlərinin əməkdaşları üçün seminar keçirib 

12 İyun 2017 16:24

Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsi mehmanxana nümayəndələri üçün rayonun Mədəniyyət Mərkəzində miqrasiya qanunvericiliyinə həsr edilmiş seminar keçirib.

YAP-ın təşkilatçılığı ilə “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

12 İyun 2017 16:23

Yeni Azərbaycan Partiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi məhz Ümummilli liderimiz Heydər Əliyevdir.

Azercell İT-bazarın inkişafında öz iştirakını davam etdirir

12 İyun 2017 16:15

Azercell Telekom MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb. 13-cü dəfə baş tutan və Azercell-in əsas partnyoru olduğu “NETTY-2017” - Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. 

“Ermənisan KTMT-dən çıxacaq, NATO-ya üzv olacaq...”

12 İyun 2017 16:12

Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq, NATO üzvü olacaq”. Bunu Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan İrəvanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf” mövzusunda seminarda deyib.

Qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəzlənəcək

12 İyun 2017 16:09

Azərbaycanda ilk dəfə olaraq, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Təhsil Nazirliyindən bildirilib ki, pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq, təhvil verilib. 2017/2018-ci illərdə 232 modul tipli məktəbin də quraşdırılması planlaşdırılıb. Bu ilin sonunadək isə 100 məktəb təhvil veriləcək.

Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi

12 İyun 2017 15:53

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Hakim Əflatun Qasımovum sədrlik etdiyi iclasda bildirilib ki, Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini istəyib. Tərəflər buna etiraz etməyib. Ə. İnsanovun vəkili Ağaveys Şahverdi vəsatət verərək, iclasın məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, Ə. İnsanovun narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyib.

“Azərbaycanla yanaşı, bir çox ölkələrdə psixoloji zorakılığın indikatorunu müəyyən edən amil yoxdur"

12 İyun 2017 15:48

“Məişət zorakılığının əsas görünən tərəfi fiziki zorakılıqdır. Bu gün danışılanlar və statistika yalnız məişət zorakılığının bu tərəfini göstərir. Amma reallıqda məişət zorakılığı təkcə fiziki zorakılıqdan ibarət deyil, burada psixoloji, cinsi, iqtisadi və digər hallar var”. Bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.