Gündəm

Rusiya tankları erməniləri necə tapdalayır: “Sahələrimizi əzib keçirlər...”

12 İyun 2017 17:32

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ağır texnikası poliqona torpaq sahələrindən keçərək gedir və bu zaman taxıl əkinlərini məhv edir. Ermənistanın Şirak vilayətinin Marmaşen kəndinin sakinləri onlara dəyən ziyana görə təzminat tələb edirlər. Ancaq kimə müraciət edəcəklərini bilmirlər.

İtkin düşən nişanlı qızlar tapıldı

12 İyun 2017 17:29

Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb. 17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.

Tehrandakı terrordan yeni görüntü görənləri təəccübləndirdi: bir nəfər terrorçularla...

12 İyun 2017 17:28

İranın paytaxtı Tehranda keçən həftə baş verən terror hücumuna aid yeni görüntülər ortaya çıxıb. Xomeyninin türbəsindəki görüntülərdə terrorçuların bir şəxsi öldürmədən yanından keçdikləri görünür.

Küveyt KİV-ləri Azərbaycan haqqında yazır

12 İyun 2017 17:26

Azərbaycanın Küveytdəki səfirliyi yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Səfir Elxan Qəhrəman mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verib.

“Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı işıq üzü görüb

12 İyun 2017 17:20

Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Camal Mustafayev, rəyçisi isə Əkbər Ağayevdir. Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü il kiril qrafikalı nəşri əsasında oxucuların tələbini nəzərə alaraq latın qrafikasında Cavid İsmayılovun redaktorluğu və ideya müəllifliyi ilə yenidən çap olunub.

Türkiyədə güclü zəlzələ olub

12 İyun 2017 17:15

Bu gün Türkiyə ərazisində güclüzəlzələ baş verib. Zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub. Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb. 

Büyükşehir, Afşin'de 2 bin kişiye iftar verdi

12 İyun 2017 17:11

KAHRAMANMARAŞ Büyükşehir Belediyesi, Afşin İlçesinde iki bin kişiye iftar yemeği verdi. Afşin meydanında düzenlenen iftara 2 bin vatandaş katıldı. İftar programında konuşan Afşin Belediye Başkanı Mehmet Fatih Güven: “Ramazan ayının maneviyatı, birlik ve beraberlik duygusunu en güzel şekilde ilçemizde yaşıyoruz. Aynı iftar sofralarında buluşuyor, ekmeklerimizi bölüşüyoruz. Allah ağzımızın tadını, birliğimizi ve beraberliğimizi bozmasın. Bir yandan belediyecilik anlamında en iyi çalışmaları ortaya koyarken, öte yandan sosyal belediyeciliğin gerekliliklerini yerine getiriyoruz. Afşin ilçemiz Belediyemizin sayesinde her geçen gün daha da güzelleşiyor. Güzelleşmeye de devam edecek." dedi.

1,5 kq heroini maşının pəncərəsindən atdı

12 İyun 2017 16:59

İyunun 9-da DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb.

Avropa İttifaqının komissarı Bakıya gələcək

12 İyun 2017 16:57

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin mehriban qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib. E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub: “Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.

Türkiyədə bələdiyyəyə silahlı hücum: Girov götürülənlər var

12 İyun 2017 16:56

Silahlı şəxs Türkiyənin Adana vilayətinin Sarıçam mahalının bələdiyyə idarəsinə hücum edib. Silahlı 3 nəfəri girov götürüb. 

Dünya şöhrətli alim Qərb Universitetinin fəxri professoru oldu

12 İyun 2017 16:47

Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib. Universitetdən “Olaylar” – a bildirilib ki, Qərb Universitetinin rektoru, professor Andris Leitas qonağı təqdim edib, tanınmış alim barədə məlumat verib. M.Əfəndiyev Qərb Universitetinin yaxşı ənənələri olduğunu qeyd edərək dəvətə görə təşəkkür edib. Professor “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirəsində dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə bağlı nümunələri diqqətə çatdırıb, tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı

12 İyun 2017 16:47

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Yığıncaqda bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.

Şəmkir sakinin həyətində çətənə kolu aşkar edilib

12 İyun 2017 16:46

Şəmkir sakinin həyətində çıtını kolu aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ürəkşam Məmmədovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu, 6 kiloqram 411,28 qram marixuana və 54,78 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Oğurluqda şübhəli bilinən Bakı sakini tutulub

12 İyun 2017 16:45

Aprelin 18-də İlqar Quliyevə məxsus avtomobildən telefon və sənəd oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən maqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Osmanov tutulub. Ərafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

İctimai Birliyin yeni qərargahı istifadəyə verilib

12 İyun 2017 16:44

15 iyun – Qurtuluş günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iyunun 12-də  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verilimişdir.