Gündəm
"Fənərbağça" fransalı yarımmüdafiəçini transfer etdi
Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib. Rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.
Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"
Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.
77 nəfərin qatili adını dəyişdi
2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib. Onun yeni adı Fyotolf Hansendir. A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.
Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri
On ərəb ölkəsinin bir yerdə Qətərlə diplomatik əlaqələri kəsməsi, onunla quru, hava və su yolunu bağlaması ekspertlərin marağına səbəb olub. Bu prosesin arxasında duran səbəblər və onun geosiyasi təsiri haqqında müxtəlif fikirlər irəli sürülür. Belə proqnozlar verilir ki, bütövlükdə müsəlman dünyasında qarşısıalınmaz və təhlükəli geosiyasi proseslərə təkan verilə bilər. Ayrıca ərəb ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi regionda terrorun və silahlı toqquşmaların daha da genişlənməsinə aparıb çıxara bilər. Geosiyasi aspektdə isə Yaxın Şərqin uzun müddət təhdidlər altında qalması ehtimalı daha çox narahatlıq yaradır.
Azərbaycandan gedənlər QARABAĞA YERLƏŞDİRİLİR: İrəvandan QORXUNC ADDIM
“Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”. Bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
“Mümkün münaqişə halında...” - Moskva bir günlük MÜHARİBƏ SSENARİSİNİ XATIRLATDI
Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək.
Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən Azadinform-a verilən məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 6 p.m elektrik kabelinin yanması nəticəsində baş verib. Bildirilir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
“Bəzi ölkələr Qarabağ münaqişəsinə ikili standartlar nümayiş etdirir”
Bu gün baş nazir Artur Rasizadə Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Sven Mikseri qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən A. Rasizadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, eləcə də Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir.
Appaturay:"NATO ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır"
"NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır". Bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: “Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
KİVDF müsabiqə elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2017-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
136 uşağın yoluxduğu rotavirus nədir?
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində kütləvi zəhərlənən uşaqlarda rotavirus infeksiyası aşkarlanıb. Son dörd gün ərzində 136 uşağın bu virusa yoluxması valideynlərdə böyük narahatlığa səbəb olub.
Karlovu kim oldürüb? - Yeni İDDİA
Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthulla Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb. Bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir. Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub. Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.
Baş pediatr: “Sumqayıtda su xəttinə hansısa mənbədən çirkab qarışdığı ehtimal olunur”
“Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır”. Bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən N. Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: “Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb.
“Aİ rəsmiləri yenidən Ermənistana aldanmaq kursunu götürüblər”
Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin birinci müavini Qaregin Melkonyan Yerevanda keçirilən “Ermənistan-Aİ münasibətləri və onların perspektivləri” konfransında indiki dövr üçün sensasiyalı hesab oluna bilinən açıqlama verdi. Nazir müavinin fikrincə, Ermənistanla Aİ arasında olan müqavilə ciddi yenilənməyə məruz qalmalıdır. İndi bəlli olur ki, Aİ ilə assosiativ müqavilənin imzalanması vaxtının uzanması nəyə görə dəyişdirilir. Ona görə, Ermənistan rəsmilərinin davranışından belə başa düşmək olar ki, heç bu ilin noyabr, dekabrında da Ermənistanla Aİ arasında sənəd imzalanmayacaq. Sadəcə Aİ rəsmilərinin bu fonda optimist rəy bildirməsi görünür özlərinin korporativ maraqlarına xidmət edir.














