"Fənərbağça" fransalı yarımmüdafiəçini transfer etdi
Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib. Rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.
12 İyun 2017 18:55 İdmanTürkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib. Rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.
Qeyd edək ki, Matyö Valbuena 2016-2017 mövsümündə 9 qol vurub. Report.az