Aİ-dən Gürcüstan hökumətinə xəbərdarlıq: Namizəd statusu yalnız kağız üzərində qalıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Lüksemburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl bəyan edib ki, Aİ Gürcüstan hökuməti ilə fəal əməkdaşlığı bərpa etmək istəsə də, rəsmi Tbilisi bunun üçün konkret addımlar atmalıdır.
Komissarın sözlərinə görə, ölkədə qəbul edilən son qanunlar inteqrasiya prosesini irəli aparmaq əvəzinə geriyə çəkir. 

Gürcüstan Avropa dəyərləri istiqamətində real tərəqqi nümayiş etdirməyənədək Aİ-nin hazırkı hökumətlə əməkdaşlıq etməyəcəyini vurğulayan Marta Kos bildirib ki, bununla belə, Brüssel Gürcüstan xalqını və mülki cəmiyyətini dəstəkləməyə davam edəcək. O qeyd edib ki, Gürcüstanın namizəd statusunun yalnız kağız üzərində qalmaması və prosesin irəliləməsi üçün hər iki tərəfin birgə səyi mütləqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31