ZİYALILIQ RAHAT GÜNLƏRİN SƏSSİZLİYİ DEYİL, ÇƏTİN GÜNLƏRİN MÖVQEYİDİR! – Cavid İsmayıl

Cavid Əjdəroğlu İsmayıl

"Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır"- Ümummilli lider Heydər Əliyev

Ulu öndər Heydər Əliyev insanlardan mövqelərini açıq bildirməyi tələb edirdi. Çünki dövlətin və xalqın taleyinin həll olunduğu məqamlarda susmaq, hadisələrin nəticəsini gözləmək və yalnız hər şey bitdikdən sonra meydana çıxmaq ziyalılığın mahiyyəti ilə uzlaşmır.
Yenə bəzi "ziyalılar" var ki, səsləri çıxmır, mövqe bildirmirlər. Dövlət, xalq və Vətən üçün mühüm anlar yaşananda sanki dərin yuxuya gedir, eşitməzliyə vurur, gözləmə mövqeyində dayanırlar.
Bütün məsələlər bitəndən, çətinliklər arxada qalanda isə yenidən peyda olurlar. O zaman da sinələrini yalnız təltiflər üçün irəli verirlər.
Amma unutmasınlar ki, ziyalının dəyəri rahat günlərdə söylədiyi sözlərlə deyil, çətin günlərdə ortaya qoyduğu mövqeyi ilə ölçülür. Vətənə sədaqət alqışlar səngiyəndən sonra deyil, məsuliyyət tələb edən anda bəlli olur. Tarix də kimin hansı kürsüdə əyləşdiyini deyil, xalqın taleyinin həll olunduğu məqamda kimin harada dayandığını yadda saxlayır.
Çünki Vətən qarşısında susmaq bəzən sadəcə susmaq deyil, mövqe bildirmək fürsətindən imtina etməkdir. Təltiflər isə mövqesizliyin əvəzini verə bilməz!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31