Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31