Ekspert: “Həmsədrlər bivec, hiyləgər və çirkin siyasətlə məşğuldurlar”
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin regiona növbəti, növbətçi səfəri başlayıb. Görəsən adlarını diplomat qoyan adamlar indiyə qədər gördükləri hansısa bir uğurlu işi dilə gətirə bilərlərmi? Bu günə kimi onlarla həmsədrlər görmüşük və onlar da vəzifədə olanda bir söz, vəzifədən çıxandan sonra isə "bülbül kimi" tam başqa məsələlərdən, münaqişənin yalnız və yalnız sülh yolu ilə mümkünlüyünü dilə gətirirlər.
12 İyun 2017 16:39 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin regiona növbəti, növbətçi səfəri başlayıb. Görəsən adlarını diplomat qoyan adamlar indiyə qədər gördükləri hansısa bir uğurlu işi dilə gətirə bilərlərmi? Bu günə kimi onlarla həmsədrlər görmüşük və onlar da vəzifədə olanda bir söz, vəzifədən çıxandan sonra isə "bülbül kimi" tam başqa məsələlərdən, münaqişənin yalnız və yalnız sülh yolu ilə mümkünlüyünü dilə gətirirlər. Hansı ki, sülh yolunu elə həmin kazimirovlar, bratkelər, brayzalar, və onlarla adlarını qeyd etmədiyim diplomatlar həll etməyə borclu idilər. Amma, bunlar sanki "Qarabağ adlı marafon yarışında" biri digərinə ancaq "estafet ağacını", siyasi açıqlaması mənasız və heç bir nəticəsi olmayan danışıqlar prosesini ötürməklə günlərini sürməkdə davam edirlər. Belə gedişlə biz hələ uzun illər bunların "nağıllarını" eşitməyə məcbur olacağıq". Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bu sonu görünməyən növbəti səfərlərdən biridə hesabat üçün keçirilən görüşlər də sırf münaqişənin həllinə hesablanmış səfər deyil, sadəcə Ermənistanın maraqlarını təmin etmək üçün reallaşdırılan bir gedişdir: "Heç nə həll etmək istəməyən bu üçlük düşünürlər ki, Azərbaycan bunların hiylələrinə bundan sonra da dözmək niyyətindədir. Məncə artıq onlar öz limitlərindən xeyli artıq istifadə ediblər və məsələ yekunlaşmalıdır. Böyük ehtimalla, mən düşünürəm ki, münaqişəni həll edə biləcək yeganə qüvvə məhz Azərbaycan Silahlı Qüvvələri olacaqdır. Necə ki, 2016-cı ilin aprelində 20 ilə beynəxalq səylərin ortaya qoya bilmədikləri bir əzmi məhz bizə igid əsgər və zabitlərimiz qoydular. Hamımız şahidi olduq ki, Rusiya başda olmaqla ATƏT-in Minsk qrupu necə ələ-ayağa düşdü. Ona görə də, bu dəfə reallaşdırılan növbəti "turist səfəri" də sonda mücərrəd birbəyanatı səsləndirməklə yekunlaşacaq. Bunlara münaqişənin həlli deyil, həm də öz daimi iş yerlərini qoruyub saxlamaq lazımdır. Onlar bu istiqamətdə nə bacarırlarsa onu da hələ ki edirlər. Bunlar bivec, hiyləgər və çirkin siyasətlə məşğuldurlar". Sia.az