İdmançımız qalib oldu

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edirdi. Azərbaycanı bu yarışda Royal Fight klubunun professional idmançısı Şikar Bədəlov təmsil edirdi. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edirdi. Azərbaycanı bu yarışda Royal Fight klubunun professional idmançısı Şikar Bədəlov təmsil edirdi. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Şikar Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31