Yəmən-Səudiyyə Ərəbistanı qarşıdurmasında gərginlik artır: Paytaxt Ər-Riyad hədəfə alınıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Yəmən arasındakı hərbi əməliyyatlar getdikcə şiddətlənir və Ər-Riyadın həyati vacib obyektlərinə, o cümlədən Kral Xalid Beynəlxalq Hava Limanına təsir göstərir. Beynəlxalq qüvvələrin münaqişəni sülh yolu ilə həll etmək əvəzinə gərginliyi artırmağa çalışdığı bildirilir. 

Yəmənin Sana şəhərindəki Müdafiə Nazirliyinin müşaviri Abed al-Saur qeyd edib ki, Səudiyyə Ərəbistanı hərbi əməliyyatları və blokadanı dayandırana qədər hava limanına zərbələr endirməyə davam edəcəklər. Eyni zamanda, Tayizdən Bab əl-Məndəb boğazına qədər olan istiqamətlərdə döyüşlər səngimir və Yəmənə edilən hava zərbələrinin intensivliyi artır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31