Trampdan Kiyevə xəbərdarlıq: Rusiya neft zavodlarını vurma, yoxsa silahı kəsərəm – ÖZƏL

Tramp administrasiyası Ukraynanı Rusiya neftayırma zavodlarına hücumları dayandırmasa, silah tədarükünü dayandıracağı ilə hədələyib. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, Vaşinqton ötən həftəsonu telefon danışıqlarında iki əsas rıçaqla təhdid edib: PURL mexanizminin dayandırılması - Avropa ölkələrinin Ukrayna ordusu üçün Amerika silahı aldığı sistem və kəşfiyyat məlumatlarının paylaşımından imtina. Ağ Ev isə bu zəngləri və təhdidləri rəsmi təsdiqləməkdən imtina edib. Tramp hesab edir ki, Ukraynanın Rusiya neft zavodlarına hücumları ABŞ-də avtomobil yanacağının qiymətini qaldırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31