Rusiya səfiri: Sanksiyalar italyan sahibkarlarının Rusiyadakı fəaliyyətini çətinləşdirir-ÖZƏL
12:38 SiyasətRusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bildirib ki, Avropa İttifaqının sanksiyaları Rusiyada fəaliyyət göstərən italyan sahibkarlar üçün ciddi maneələr yaradır və İtaliya iqtisadiyyatının rəqabət qabiliyyətini azaldır. Olaylar.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb.
Diplomatın sözlərinə görə, italyan sahibkarlar bank hesablarının bağlanmasından və biznes fəaliyyətinə süni maneələrin yaradılmasından şikayətlənirlər. Paramonov qeyd edib ki, İtaliya və Rusiya iqtisadiyyatları bir-birini tamamlayan sahələrə malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31