Keyrəki palçıq vulkanında püskürmə baş verib
İyunun 12 – də səhər saatlarında Keyrəki palçıq vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Olaylar” – a bildirilib ki, vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.
12 İyun 2017 14:14 Sosialİyunun 12 - də səhər saatlarında Keyrəki palçıq vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Ekologiya və Təbii Sərvətlər nazirliyindən "Olaylar" - a bildirilib ki, vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.
Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.