Milli Şura növbəti məlumat turu təşkil edir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 20 iyun 2017-ci il tarixində, saat 11:00-da Bakı Neft Emalı Zavodunda keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GTMŞ-dan daxil olub.
12 İyun 2017 13:57 SosialAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 20 iyun 2017-ci il tarixində, saat 11:00-da Bakı Neft Emalı Zavodunda keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a GTMŞ-dan daxil olub. Bildirilib ki, Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında məlumatlar veriləcək, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olunacaq və gənclərlə birgə keçirilən layihələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.