İker Kasilyas A Seriyasına gedə bilər
"Porto"nun təcrübəli qapıçı İker Kasilyas karyerasının İtaliyada davam etdirə bilər. 36 yaşlı qolkiper "Napoli"yə təklif olunub. Xose Reyna bu yay Neapol klubunu tərk edə bilər.
12 İyun 2017 13:34 İdman"Porto"nun təcrübəli qapıçı İker Kasilyas karyerasının İtaliyada davam etdirə bilər. 36 yaşlı qolkiper "Napoli"yə təklif olunub. Xose Reyna bu yay Neapol klubunu tərk edə bilər. Ehtiyat variant isə Kasilyasdır. İspan qapıçı iyulda azad agent olacaq. Onunla "Liverpul", "Las Palmas", "Real Soseydad" və "Malaqa"nın maraqlandığı deyilir. Ötən mövsüm 43 dəfə "Porto"nun qapısını qoruyan Kasilyas 23 dəfə top buraxmadan meydanı tərk etmişdi. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31