Milli dəyərlərimiz beynəlxalq səviyyədə təbliğ edilir
“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği” layihəsinin fəaliyyət planına uyğun olaraq Bakı şəhərində tədbir həyata keçirilib.
12 İyun 2017 12:17 Sosial"Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği" layihəsinin fəaliyyət planına uyğun olaraq Bakı şəhərində tədbir həyata keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində Azərbaycanın milli maraqlarının əsasını təşkil edən milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və geniş maarifləndirilmənin təmin olunması məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasının Milli Bayramı Novruz" kitabçasının təqdimatı keçirilmiş və layihənin fəaliyyəti haqqında gənclərə məlumat verilib. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların köməyi ilə xarici ölkələrdə Azərbaycanın milli maraqlarının əsasını təşkil edən milli dəyərlərimizin, tarix və adət-ənənlərimizin Novruz bayramı təcəssümündə tanıdılması ilə ölkəmiz üçün potensial turistlərin sayının artırılmasına səbəb olmaqdır.