Gündəm

Azərbaycanda alternativ cəza növləri tətbiq olunacaq

5 İyul 2017 15:06

Azərbaycanda ədalət mühakiməsi sahəsində həyata keçipilən islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzalanan sərəncamı göstərmək olar.

Manatın məzənnəsi üçün heç bir narahatlığa əsas yoxdur

5 İyul 2017 15:04

2014-cü ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra milli valyutaların Amerika dollarına nisbətində məzənnəsində qeyri-müəyyənlik, sabitsizlik davam edir. Vaxtaşırı dollar mill valyutalara qarşısında nisbətən ucuzlaşır, bəzi hallarda isə onun artımı qeydə alınır.

Memati və Kadir İnanır eyni serialda

5 İyul 2017 15:02

"Kalatalı Eşref" serialı ilə ekranlara qayıtmağa hazırlaşan türk kinosunun əfsanəsi Kadir İnanırın tərəf müqabili "Kurtlar vadisi"nin Mematisi Gürkan Uygun olacaq.  Digər baş rollarda isə Hande Erçel, Berk Hakman və Eda Ece olacaq. 

Bütün yer kürəsi "MİNALANDI" - Böyük TƏHLÜKƏ - VİDEO

5 İyul 2017 14:56

ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsi ətrafında asteroidlərin artdığını göstərən video yayımlayıb. NASA-nın NEOWISE teleskopu 3 ildir orbitdə asteroid və kometlərin axtarışı üçün işləyir. Teleskop bu vaxta qədər Yür kürəsi ətrafında hərəkət edən yüzlərlə asteroid qeydə alıb. Onlar Marsla Yupiterin arasındadırlar. Onların Yer kürəsi ətrafında hərəkəti sanki planetimizin minalanmış sahədə uçması təəssüratını yaradır.

Alimlərdən SENSASİYALI ARAŞDIRMA: Ayı yadplanetlilər...

5 İyul 2017 14:54

Rusiyalı astronom Vladimir Koval hələ 1981-ci ildə belə bir fikir irəli sürmüşdü ki, digər sivilizasiyaların nümayəndələri Günəş sisteminə səyahət edib, özlərindən sonra iz qoyublar. Bu iz isə Aydır.

Təqsirləndirilən şəxs: "Əli Abbasov mənim əvəzimə 2 milyon manat ziyanı ödəyəcəyinə söz verib"

5 İyul 2017 14:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O deyib ki, B. Hüseynovun dövlətə vurduğu ziyan tam ödənilib. 

Zəhranın ölümü Türkiyə mətbuatında

5 İyul 2017 14:48

Türkiyə mətbuatı ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhrə Quliyevadan yazır.  Türkiyənin öndə gedən xəbər saytları erməni vəhşiliyindən yazıb. Haberturk.com, Star.com, Cnnturk.com, Haberler.com, Anadolu Ajansı kimi hegemon xəbər portalları ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasını yayıblar. 

Çimərliyə raket atdılar

5 İyul 2017 14:45

Liviyanın Tripoli hava limanı yaxınlığında Milli Təhlükəsizlik qüvvələri ilə cinayətkar qrup arasında atışma olub.Hadisə nəticəsində atılan raketlərdən biri yaxınlıqdakı Mitiga çimərliyinə düşüb. Məlumata görə, azı 5 nəfər həlak olub, 25 nəfər ağır yaralanıb. Ölənlər arasında uşaqlar da var.

Ermənistan beynəlxalq humanitar hüququ ayaq altına atıb

5 İyul 2017 14:43

Ermənistan heç bir beynəlxalq qaydalara riayə etmədən təxribat xarakterli əməllərini davam etdirir. Beynəlxalq səviyyədə hamılıqla qəbul edilən müharibə qanunlarını ayaq altına atan Ermənistan silahlı dəstələri nəinki mülki əhalini, hətta heç bir günahı olmayan məsum uşaqları qətlə yetriməkdən belə çəkinmir.

Azərbaycan xalçaları Tiflisdə

5 İyul 2017 14:44

Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilib.

Züleyxa Nadir yazir... Sənin buynuzun var

5 İyul 2017 14:36

Universitetdə məntiq müəllimimiz var idi - Mustafa Güliyev. Bir dəfə dərsdə test etdi. Oğlanlardan birini ayağa qaldırıb soruşdu ki, buynuz itirmisən? “Yox” cavabını alandan sonra söylədi ki, oğlum, sənin buynuzun var. Hamımız təəccübləndik, hətta əməllicə güldük də. Tələbə yoldaşım isə necə pərt olmuşdu, necə qızarmışdı, necə tərləmişdi... illər keçib, amma sifətinin halını indi də xatırlayıram. Mustafa müəllim izah etdi ki, məntiqdə belə bir qanun var: itirmədiyin şey səndə var. Bu oğlan da buynuz itirməyib, deməli onun buynuzu var...

Erməni təxribatının intensiv hal alması müharibə riskini artırır

5 İyul 2017 14:34

Ermənistan öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir. Son vaxtlar təmas xəttində atəşkəsin intensiv şəkildə pozulması hallarının ardınca ötən gecə düşmən tərəfinin daha bir irimiqyaslı təxribata əl atması İrəvanın Dağlıq Qarabağ probleminin həllində sülh danışıqlarından yayınmasından xəbər verir.

İrandan sərt açıqlama: Səudiyyə Ərəbistanı terrorçu dövlətə çevrilir

5 İyul 2017 14:30

Səlahiyyət müddəti daha 3 il uzadılan İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfər Səudiyyə Ərəbistanını terrorçu dövlət adlandırıb. Cəfəri bu sözləri rəhbərlik etdiyi qurumun üzvləri qarşısında çıxışı zamanı söyləyib. O, Səudiyyə Ərəbistanı rəhbərliyinin ünvanına sərt ifadələr səsləndirib və onlara “lənətlənmişlər” deyə xitab edib. Bildirib ki, bu bölgədə yalnız yetərincə gücü olan ölkələr özlərini təhlükəsizlikdə hiss edə bilirlər.

Üzən emalatxana Yeni Bakı Limanına aparılıb

5 İyul 2017 14:28

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxana təmirdən çıxıb. Artıq emalatxana yedək gəmisi ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq “AXDG” QSC-nin gəmilərinə operativ xidmət göstərəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Başqa sözlə, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmiri bundan sonra Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.

İlk elektron hərrac keçirilib

5 İyul 2017 14:27

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli  Fərmanın icrası istiqamətində həyata keçirilir.