Manatın məzənnəsi üçün heç bir narahatlığa əsas yoxdur

2014-cü ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra milli valyutaların Amerika dollarına nisbətində məzənnəsində qeyri-müəyyənlik, sabitsizlik davam edir. Vaxtaşırı dollar mill valyutalara qarşısında nisbətən ucuzlaşır, bəzi hallarda isə onun artımı qeydə alınır.

2014-cü ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra milli valyutaların Amerika dollarına nisbətində məzənnəsində qeyri-müəyyənlik, sabitsizlik davam edir. Vaxtaşırı dollar mill valyutalara qarşısında nisbətən ucuzlaşır, bəzi hallarda isə onun artımı qeydə alınır. Bu tendensiya 2014-cü ildən etibarən Azərbaycanda da müşahidə edilməkdədir. Ötən müddət ərzində bir neçə devalvasiya hadisəsinin baş verməsi Azərbaycan manatının dəyərini Amerika dollarına nisbətən kəskin şəkildə aşağı salsa da, lakin sonradan həyata keçirilən bəzi iqtisadi islahatlar, xüsusilə maliyyə sektorunda atılan məqsədyönlü addımlar milli valyutanın dollara nisbətən dəyərinin bir qədər artmasına, kritik vəziyyətin aradan qaldırılmasına təkan verdi. Hazırda da maliyyə sektorunda dolların dəyərinin artıb-azalması prosesinə rast gəlirik. Bu da bir qayda olaraq dünya bazarlarında neftin qiymətlərinin tez-tez cüzi9 şəkildə də olsa dəyişməsi ilə əlaqədardır. Elə son günlər də bu tendensiya müşahidə edilməkdədir ki, dollar nisbətən dəyərini artırır. Bu halın baş verməsi isə cəmiyyətdə müəyyən çaşqınlıq yaradır və belə bir fikir formalaşır ki, dollar yenidən manata nisbətən ciddi şəkildə bahalaşacaq. Bəs görəsən iqtisadçılar bu barədə nə düşünür?

İqtisadi ekspert Pərviz Heydərov da deyir ki, son günlər ölkədə xarici valyutaya tələbatın cüzi olaraq artdığının müşahidə edilməsi manatın dəyərinin tezliklə yenidən ucuzlaşmağa başlayacağı haqda fikirlərin irəli sürülməsinə səbəb olub. İqtisadçının sözlərinə görə, bunu şərtləndirən faktorlardan da biri Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satılan ABŞ dollarının həcminin hər ay nisbətən artmasıdır. Bəs, əslində, vəziyyət necədir? Qeyd edim ki, yuxarıda söylənilənlərə rəğmən, manatın məzənnəsi üçün heç bir narahatlığa əsas yoxdur. Sual oluna bilər ki, niyə? Mən, burada rəqəmlərlə misal gətirməyəcəm... Əvvəla, ölkəyə idxal əvvəlki illərdəki kimi deyil. Yəni, azalıbdır. İxrac idxaldan üstündür, yəni satdığımız aldığımızdan çoxdur. Demək ki, pis-yaxşı pulumuz var, o mənada ki, qazancımız xərcimizdən yüksəkdir. Buna iqtisadi dildə ticarət və tədiyyə balansı deyirlər. İkincisi, dövriyyədə nəğd pul kütləsi çox deyil, azdır. Bu, həm düşünülmüş şəkildə həyata keçirilib, həm də iqtisadi fəallıq dərəcəsi yüksək deyil. Yəni, nə kredit verən var, nə də iş görən. Üçüncüsü, əllərdə, yəni əhalidə pul da yoxdur. Belə ki, 2014-cü ilin iyun ayından bəri, neftin qiymətinin düşməsiylə əlaqədar olaraq, ölkədə bütün növ qeyri-leqal gəlir mənbələri aradan qalxdı və qeyri-rəsmi gəlirlər demək olar, tam kəsildi ki, indi əhali və o cümlədən, xırda sahibkarlar arxaya 1 qəpik də qoya bilmirlər" Pərviz Heydərov onu da deyib ki, ABŞ dolları dünya üzrə də elə bahalaşmır: "O mənada ki, məsələn, 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi faiz dərəcəsini qaldıran kimi bütün dünya "qarışdısa biri-birinə", cari ildə ilin 2-ci yarısı yenəcə başlamış olsa da artıq, həm martda, həm də iyunda iki belə qaldırım edilib. Amma heç birində ajiotaj baş vermədi. Nəhayət, beşincisi isə, ən azı 2019-cu ilin yarısına və yaxud sonunadək hökumət, nəyin bahasına olursa-olsun manatın dəyərini qorumaq fikrindədir. Səbəb isə məlumdur: qarşıdan qaz sazişlərinin

icrasına başlanılması gəlir. Manat ona qədər mümkün dərəcədə "cilovda saxlanılacaq"..

İqtisadçı Qubad İbadoğlu da hesab edir ki, valyutaya tələbat yenidən və kəskin artmağa başlayıb. Onun sözlərinə görə, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır: "Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31