Gündəm

Fındıq bağları üçün təhlükə yaranıb

5 İyul 2017 14:25

Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin findıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb.

"Hamımız bu intiqamı alacağıq!"

5 İyul 2017 14:22

Minsk qrupu həmsədrlərinin dünənki hay vəhşiliyinə verdikləri açıqlamaya baxıram. Yenə ikili standart iyi gəlir. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Vitse-spiker: "Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Füzuli rayonunda qan tökülməsini qətiyyətlə pisləməlidir"

5 İyul 2017 14:21

"Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib. O qeyd edib ki, baş verənlərlə əlaqədar məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Biz burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə edərkən, ölkəmizdə, öz torpaqlarımızda qan töküldüyünü düşünmək dəhşətə salır.

XİN: Azərbaycan öz mövqeyini Rusiya tərəfinə bildirib

5 İyul 2017 14:17

Rəsmi Bakı erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar mövqeyini Rusiya tərəfinə bildirib. Bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, tərəflər arasında vizasız rejim haqqında saziş imzalanıb və bu sazişdə qeyd olunub ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib və orada etnik təmizlik aparılıb.

Elmar Məmmədyarov həmsədrlərlə son erməni təxribatını müzakirə edib

5 İyul 2017 14:15

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Stefan Viskonti ilə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı son təxribatını müzakirə edib.

XİN: ATƏT anlamalıdır ki, Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına istiqamətlənib

5 İyul 2017 14:14

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

5 İyul 2017 14:09

Qazaxıstanın paytaxtı Astana şəhərində Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. AMEA – dan “Olaylar” – a bildirilib ki, qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb

5 İyul 2017 14:08

POSTROFF” nəşriyyatında Naxşıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb. Teatrdan “Olaylar” – a bildirilib ki, kitabda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Musiqili Teatrının direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühütinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur. Bununla yanaşı, topluda Naxçıvan teatr tarixinə nəzər salınır, paralel müqayisələr aparılır, xüsusiilə də XX əsrin 80-ci illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti geniş şəkildə araşdırılır.

“Mersedes” vuran piyada dünyasını dəyişib

5 İyul 2017 14:07

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 5-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Seyid Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Quba rayon sakini Səxavət Heybətovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.     

Piyadaların avtomobillə vurulma halları artıb

5 İyul 2017 14:06

“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”. “Olaylar” xəbər veirir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Həmsədlərin bəyənatı etirazla qarşılandı

5 İyul 2017 14:02

Ermənilərin təxribatı nəticəsində qətlə yetirilən  Fizuli rayonunun Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyənatı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

“Rayonlular hara getsin, qızım?” - Deputatdan Aygün Səmədzadəyə cavab

5 İyul 2017 13:57

Bəstəkar Aygün Səmədzadənin 1 iyul bakılılar günü kimi qeyd olunan tarixlə əlaqədar bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələr xeyli narazılıq doğurub. Bəstəkarın, məğzi "rüşvəti Bakıya rayonlular gətirib” olan cümlələri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. 

Baş Prokurorluq: Erməni qoşunları tank əleyhinə mərmilərdən istifadə edib

5 İyul 2017 13:54

Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib.

Hava limanı boşaldıldı

5 İyul 2017 13:54

İngiltərənin Mançester şəhərindəki havalımanının 3 nömrəli terminalı şübhəli bir paket səbəbiylə boşaldılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, havalimanı rəhbərliyi rəsmi Twitter hesabından etdiyi şərhdə, paketin araşdırıldığını bildirib.

Nazirlik açıqlama verdi

5 İyul 2017 13:55

Səhiyyə Nazirliyi Bakıda 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Olaylar” -a bildirib ki, hadisə ötən gün qeydə alınıb. Onun sözlərinə görə, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub: "Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib".