Gündəm

Avstriya jurnalında ermənilərin işğalçılıq siyasətinin mahiyyətini açan elmi məqalə yer alıb

5 İyul 2017 13:49

Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dissertantı Hacı Abdullanın ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyanın demoqrafik nəticələri” sərlövhəli məqaləsi dərc olunub.

Səyyar “ASAN qatar” Balakəndə

5 İyul 2017 13:47

Səyyar “ASAN qatar” 5 – 19 iyul tarixində Balakən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. “ASAN” xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində və 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Həmçinin,  Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Hindistanda daşqınlar 20 nəfərin həyatına son qoydu

5 İyul 2017 13:46

Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb. Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar. Son iki həftədə leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Ştatın 750 yaşayış məntəqəsindən təqribən 400 min nəfər evlərini tərk etməyə məcbur olub.

ATƏT PA-nın vitse-prezidenti: "Ermənistanın təxribatı insan hüquqlarının pozulmasıdır"

5 İyul 2017 13:45

"Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır". Bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır: "ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq".

Azərbaycanın ixrac potensialı artır

5 İyul 2017 13:42

Son illərdə Azərbaycanın ixrac potensialının artması ölkəmizə olan marağı daha da artırıb. İndi təkcə yaxın qonşu ölkələr deyil, eləcə də Avropa, Asiya qitəsinin bazarlarında da Azərbaycan məhsullarına rast gəlmək mümkündür.

ATƏT PA-da Zəhranın qətlindən danışıldı: "Onları şəxsən tanıyırdım"

5 İyul 2017 13:38

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında ötən gün Füzulinin Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı məsələ qaldırıb.

Müdafiə Nazirliyi: "Düşmən ötən gün itki verib, gizlədir" - YENİLƏNİB

5 İyul 2017 13:36

"Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. "Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir", - Dərgahlı jurnalistlərə bildirib.

Metyu Brayza: "İstənilən münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir"

5 İyul 2017 13:34

"İstənilən beynəlxalq münaqişənin vasitəçiləri üçün bu münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir". Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Açıq hava şəraitində işləyənlər hansı halda işi dayandırmalıdır?

5 İyul 2017 13:32

İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır. Daha dəqiq, havanın hərarəti 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Elə bu səbədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb.

Qriqorçuk: "Onları təhlil etmək çətindir

5 İyul 2017 13:24

"Bu matçın olmasına görə şadam. Bizim üçün "Dinamo" böyük avtoritetdir, ona həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə komandayla oynaya bildik". Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra həmin klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Ekspert: "Müharibə ehtimalı daha da artır"

5 İyul 2017 13:22

"Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana qarşı hazırladığı hərbi doktrinanın tərkib hissəsidir".

Türkiyə XİN: "Erməni təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir"

5 İyul 2017 13:21

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib. Nazirlikdən özəl olaraq bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: "Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir".

Putinin səlahiyyətli nümayəndəsi: "Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir"

5 İyul 2017 13:18

"Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir". Bunu  Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. O bildirib ki, təzyiq diplomatik, siyasi, psixoloji, hətta iqtisadi yolla olmalıdır:

"Zəhra üçün Sarkisyanı məhkəməyə verək"

5 İyul 2017 13:14

Millət vəkili Zahid Oruc ötən gün ermənilərin Füzulinin Alaxanlı kəndində qətlə yetirdiyi nənə ilə nəvənin ölümündən danışıb. Bu barədə  açıqlama verən Z. Oruc qeyd edib ki, şübhəsiz ki, cəbhə xəttində on illərdir ki belə təxribatlar şəraitində yaşayırıq: "İctimai rəy, Azərbaycan vətəndaşları, bu istiqamətdə fəaliyyət aparan xarici kampaniyalar  hərb və sülh şəraitinə bir qədər öyrəşiblər. Ancaq bu, heç bir halda qəbuledilən, həzm olunan  hadisəyə çevrilməməlidir. Cəbhə xəttində baş verən belə qətllər Ermənistan Prezident Adminstrasiyasının birbaşa göstərişi ilə reallaşır. Ölkənin iqtisadi, sosial problemlərini həll etməkdən daha çox hər gün plan olaraq hansı cəbhə məkanında Azərbaycana qarşı terror, təxribat, diversiya  fəaliyyətlərinin sifarişini verirlər. Gündəlik bununla bağlı Qarabağdan Ermənistan rəhbərliyinə raportlar verilir.  

Bakıda güclü küləyi rayonlarda leysan yağış əvəz edəcək

5 İyul 2017 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.