Müdafiə Nazirliyi: "Düşmən ötən gün itki verib, gizlədir" - YENİLƏNİB
"Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. "Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir", - Dərgahlı jurnalistlərə bildirib.
5 İyul 2017 13:36 Siyasət"Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. "Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir", - Dərgahlı jurnalistlərə bildirib. Virtualaz.org
***
Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur:
"Beynəlxalq təşkilatlar artıq ermənilərin son təxribatı barədə məlumatlandırılıb. Ermənistan cəzasız qalmayacaq".