Gündəm

İsrail səfiri ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin öldürülməsindən dəhşətə gəlib

5 İyul 2017 13:10

"Səfir Stav ötən gün Fizuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlir və dərindən kədərlənir".

Fransanın yeni hökuməti təsdiqləndi

5 İyul 2017 13:06

Fransanın Baş naziri Eduard Filippin qurduğu yeni hökumət Parlament tərəfindən təsdiqlənib. Müzakirəyə 577 deputatdan 566-sı qatılıb. 370 millət vəkili yeni hökumətin lehinə, 67-si əleyhinə səs verib. 129 nəfər bitərəf qalıb. E.Filippin çıxışında ən çox diqqət çəkən məqamlar isə dövlət xərclərinin azaldılması yönündə görəcəyi tədbirlər və ölkədə davam edən fövqəladə vəziyyətin oktyabr ayına qədər həllini tapacağı olub.

İdarə rəisi: “Azərbaycan gəncləri Minsk qrupundan kəskin mövqe tələb edir”

5 İyul 2017 13:05

“Dünən biz bir daha erməni vəhşiliyinin şahidi olduq. Azərbaycanın mülki vətəndaşlarının gülləbaran edilməsi, kəndin dağıdılması və ən əsası da hadisə nəticəsində 2 yaşlı körpənin həlak olması qətiyyən pislənilir. Bu, Ermənistan hakimiyyətinin, işğalçı rejimin növbəti vəhşi əməlidir. Biz çoxsaylı Azərbaycan gənci adından ATƏT-in Minsk qrupundan bununla bağlı kəskin mövqe ortaya qoyması, boş bəyanatlar deyil, əməli işlər görməsini tələb edirik”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb

5 İyul 2017 13:02

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb. Bu barədə Təhsil Nazirliyində bildirilib.

Bu il narkotiklə bağlı 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib

5 İyul 2017 13:00

Bu ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1386 fakt aşkar edilib.  Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib. 

Ekspert: "Kəskin reaksiya gözləməyə dəyməz"

5 İyul 2017 12:59

"Ermənistanın son təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətin kəskin reaksiyasını gözləməyə dəyməz". Bunu  Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev deyib. Onun sözlərinə görə, bu, ilk belə hal deyil: "Bu cür hallar daim baş verir. Onların intensivliyi bəzən azalır, bəzən artır. Amma istənilən dinc sakinlər bu hadisələrin qurbanı olur".

Rusiyalı deputat: "Erməni separatçılarının hərəkəti təxribatdır"

5 İyul 2017 12:55

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib. 

Əmək Nazirliyinin elektron xidmətlərinə 5,2 milyona yaxın müraciət qeydə alınıb

5 İyul 2017 12:51

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması həmin sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizmlərinin formalaşmasına səbəb olmaqla, vətəndaşlara aidiyyəti dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəraitdə faydalanmağa imkan verib.

Cənub zonasını “Şumşad odlucası” zərərvericiləri bürüyüb

5 İyul 2017 12:49

Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşa təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.

“Qızıl beyin” laureatına layiq görülən baçılar mətbuat konfransı keçiriləcəklər

5 İyul 2017 12:47

İstanbulun Bahçeşehir Universitetinin birincisi, “Qızıl beyin” mükafatı laureatı Günel Musayeva və Universitet üçüncüsü Xeyrənsə Musayevanın iştirakı ilə “Türkiyədə təhsil alan bacıların uğuru” mövzusunda mətbuat konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Bahçeşehir Universitetinin Bakı nümayəndəliyidir.  Nümayəndəlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın, iqtisadi idarəetmə və sosial biliklər fakültəsinin dekanı Necib Çakır və beynəlxalq ofis direktoru Erbay Şirinin də iştirakı gözlənilir. Günel və Xeyrənsə bacılarının uğurlarının sirri və Türkiyədəki təhsillə bağlı suallara aydınlıq gətiriləcək.  Mətbuat konfransı iyulun 7-si, saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Qara dəniz rəngini dəyişdi – QLOBAL TƏHLÜKƏ

5 İyul 2017 12:46

Dünyanın gömgöy dənizi - Qara dəniz rəngini dəyişib. Bəzi yerlərdə açıq göy olması ilə yanaşı, firuzə rəngli ləkələr bütün perimetr boyu görünür. Ləkələr Ukrayna, Bolqarıstan və Rumıniya sahillərində daha qabarıq nəzərə çarpır. Krasnodar diyarının kurortlarında və Qafqazın sahillərində isə bir qədər seyrəkdir.

Çimərlikdə əsla spirtli içki QƏBUL ETMƏYİN, yoxsa...

5 İyul 2017 12:44

Çimərlikdə spirtli içkilər qəbul etmək ürək xəstəlikləri riskni artırır. Alimlər xüsusilə kişilərə günəşin altında spritli içki qəbul etməməyi məsləhət görümür. Çimərlikdə spirtli içki içmək köklüyə də səbəb olur.

ABŞ-a nüvə zərbəsinin tarixi açıqlandı - Dövlət başçısı rəsmən ELAN ETDİ

5 İyul 2017 12:43

Şimali Koreya 2017-ci ildə ABŞ-a raket zərbəsi vurmağı planlaşdırır. Bu haqda “Röyters” agentliyi məlumat yayıb. Koreya Xalq Demokratik Respublikası iyunun 4-də qitələrarası ballistik raketin (MBR) sınağını həyata keçirib. “Xvason-14” raketi nüvə döyüş başlığını daşımağa qadirdir. KXDR-in lideri Kim Çen In bildirib ki, yaxın vaxtlarda hazırlanmış MBR-in müvəffəqiyyətli sınağı atom və hidrogen bombalarının yer aldığı strateji silahların imkanlarını artırıb.

Türk idmançıdan BÖYÜK JEST: ermənini məğlub etdi, bayrağımızı qaldırdı - VİDEO

5 İyul 2017 12:41

Türkiyə güləşçisi Camal Mutlu Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında yunan-Roma güləşi üzrə bürünc medal uğrunda görüşdə erməni rəqibinə tam üstünlüklə qalib gəlib.

Səməd Seyidov: “Ermənilərin törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

5 İyul 2017 12:40

İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzulirayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq. Bu barədə Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.