Gündəm
Moskva – Antalya səmasında qorxulu anlar
Moskvadan Antalyaya doğru istiqamət alan təyyarədə qorxulu anlar yaşanılıb. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, sərxoş sərnişin qanlar içində təyyarədəki kresloları təpikləyərək digər sərnişinləri də narahat edib. Ekipaj üzvlərinin çabalarına baxmayaraq, sərxoş sərnişini sakitləşdirmək mümükün olmayıb. Bütün üzü, paltarları qanla örtülən sərnişinə görə təyyarə yenidən hava limanına geri uçuş edib. Sərxoş sərnişin hava limanına dəvət olunan polislərə təhvil verilib.
Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb
İyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilmişdir.
38600 manat məbləğində cərimə tətbiq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
"Kitabi-Dədə Qorqud poetikasına giriş" təqdim olunacaq
İyulun 7- də Yuğ Teatrında Yazıçı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud poetikasına giriş" kitabının təqdimat mərasimi keçiriləcək.
İyun ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin iyun ayı ərzində 2 milyon 15 min 323 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 429 min 248 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 290 min 851 ton təşkil edib.
Tehranda “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb
İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islam irşadı nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, tanınmış bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.
Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi dəfn olunur - Alxanlıdan FOTOLAR - YENİLƏNİB
Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn mərasimi keçirilir.
Sülh Platforması bəyanat yaydı: "Müharibə ehtimalı artır"
Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Sülh Platforması 4 iyun 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki ayırmalar nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirir: "Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur.
MTN generallarının məhkəməsində zərərçəkmiş istintaqa verdiyi ifadədən imtina edib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ermənlərin atəşi nəticəsində yaralanan qadınla bağlı SON XƏBƏR
"Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının vəziyyəti hazırda normal olaraq qiymətləndirilir". Bunu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Azərbaycan XİN-i Ermənistanın növbəti vəhşiliyini şərh etdi
İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik.
AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı.
Toylarına 4 gün qalmış nişanlısını öldürdü
İstanbulun Esenyurt rayonunda nişanlıların mübahisəsi ölümlə bitib. Dörd gün sonra toyları təyin edilən 23 yaşlı qız aralarında baş verən mübahisə zamanı onu döyən nişanlısını bıçaqlayaraq öldürüb. Hadisə ötən gün baş verib. Ayberk K. ilə nişanlısı A.Y. -nin bir-birlərini çox sevdikləri deyilir. A.Y. sosial şəbəkə hesabında: "Bir-birimizə rastlamadan öncəki həyatımız, doğurdan bir-birimizi axtarmaqdan başqa bir şey deyilmiş" , - yazdığı da məlum olub.
Sabiq məmurun qətlini sifariş verən qadından XƏBƏR VAR
Bakı Apellyasiya Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verən Günel Süleymanova, onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynlinin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
İşğalçı Ermənistanın təxribatına dərhal cavab verilib
Bəlli olduğu kimi İşğalçı Ermənistan silahlı qüvvələri Fizuli rayonunun Alxanlı kəndini iri çaplı pulyemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutaraq, biri azyaşlı olmaqla iki nəfərin ölümünə səbəb olub. Bir nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. SİA-nın məlumatına görə, baş verən hadisə ilə bağlı açıqlaqma verən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant və hərbi ekspert Abuzər Əbilov bildirib ki, bir hərbçi kimi o, erməni tərəfinin bu cür təxribat edəcəyindən şübhə etməyib. “Bir müddət davam edən sakitlik uzun şəkildə davam etməyəcəkdi. Mən buna əmin idim”-deyə ehtiyatda olan zabit bildirib.














