Gündəm

Beynəlxalq ekspert: “İşğalçı ordunun əməllərinə görə rəsmi İrəvan məsuliyyət daşıyır” 

5 İyul 2017 11:46

"Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması işağlçı ölkənin necə bir azğın dövlət olmasının göstəricisidir". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Ermənilərə ciddi təpki göstərilməlidir

5 İyul 2017 11:44

Ermənistanda hökm sürən hərbi-siyasi xunta hakimiyyətinin ömrünü uzatmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Uzun müddətdən bəri cəbhə xəttində törətdiyi qanlı hadisələrlə Azərbaycanı təxribata çəkə bilmədiyini görən Ermənistan daha iyrənc üsullara əl atmağa başlayıb. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə  kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Dünyasını dəyişən şəxslərdən biri azyaşlıdır.

Daha bir nənə nəvəsindən imtina edir- VİDEO

5 İyul 2017 11:42

Ötən gün Xəzər TV – də yayımlanan “Bizə danış” proqramında Lənkaran şəhərindən  verlişə qatılan bir xanım nəvəsinə mənəvi ata axtardığını bildirib. Verlişdə ekspert qismində  iştirak edən Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli "Olaylar" - a açıqlamasında bildirib ki, “Dövlətin uşaqlarla maraqlanan, qayğı göstərən bu qədər qurumları fəaliyyət göstərərkən, hər kəsin əlində uşaq kanallara gələrək “nəvəmə mənəvi ata axtarıram”, fikrinə heç bir anlam verə bilmirəm. Nənə 9 yaşlı qız uşağının psixoloji durumunu heçmi düşünmür?

18 aylıq Zəhra... - Alxanlıdan görüntülər - VİDEO

5 İyul 2017 11:40

Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Minsk qrupunın həmsədrləri bəyanat yaydı

5 İyul 2017 11:35

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır”. Bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

5 İyul 2017 11:34

Azərbaycan ombudsmanı tərəfindən son erməni təxribatı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanacaq bəyanat hazırlanıb.

Deputatlarımız ATƏT PA-da 2 yaşlı uşağın qətli məsələsini qaldıracaqlar

5 İyul 2017 11:30

Belarusun  paytaxtı Minskdə keçiriləcək ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin dünən Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ qaldıracaq. Bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib. Deputat bildirib ki, bu gündən sessiyanın plenar iclası keçiriləcək:“Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək.

Erməni təxribatı ilə bağlı cinayət işi başlandı

5 İyul 2017 11:29

Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi açılıb. Bu barədə “Olaylar”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Liviyada raket mərmisi çimərliyə düşdü - 5 ölü, 25 yaralı

5 İyul 2017 11:26

Liviyanın paytaxtı Tripolidə çimərliyə raket mərmisinin düşməsi nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Ölkə rəsmilərinin verdiyi məlumata görə, insident Mitiq aeroporunun qarşısında yerləşən çimərliyə düşüb. Ölənlər arasında azyaşlı uşağın olduğu da bildirilir.

Dənizdə batan şəxsin cəsədi tapıldı

5 İyul 2017 11:25

4 iyul 2017-ci il tarixində Xəzərdə batan şəxsin cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyinindın “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:40-da başa çatıb.

“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb

5 İyul 2017 11:24

Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. “Olaylar” xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Biz qisasımızı almalıyıq”

5 İyul 2017 11:23

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

İcra başçısından Füzulidəki son vəziyyət barədə AÇIQLAMA - "Heç bir qorxu yoxdur"

5 İyul 2017 11:20

"Hazırda rayonda vəziyyət stabildir. İstər Alxanlıda, istərsə də digər ətraf kəndlərdə vəziyyət normaldır". Bunu Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda müki əhalini və mülki obyektləri atəşə tutması və günahsız insanları qətlə yetirməsindən sonra rayonda və ermənilərlə təmas xəttindəki kəndlərdəki vəziyyət barədə məlumat verərkən deyib.

"Azərbaycan cəbhə xəttində döyüş hazırlığını yüksəldəcək"

5 İyul 2017 11:16

"Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil. İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır".