Ermənilərə ciddi təpki göstərilməlidir

Ermənistanda hökm sürən hərbi-siyasi xunta hakimiyyətinin ömrünü uzatmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Uzun müddətdən bəri cəbhə xəttində törətdiyi qanlı hadisələrlə Azərbaycanı təxribata çəkə bilmədiyini görən Ermənistan daha iyrənc üsullara əl atmağa başlayıb. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə  kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Dünyasını dəyişən şəxslərdən biri azyaşlıdır.

Deputat: "Əks halda işğalçı Ermənistan vandalizm aktlarını davam etdirəcək"

Ermənistanda hökm sürən hərbi-siyasi xunta hakimiyyətinin ömrünü uzatmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Uzun müddətdən bəri cəbhə xəttində törətdiyi qanlı hadisələrlə Azərbaycanı təxribata çəkə bilmədiyini görən Ermənistan daha iyrənc üsullara əl atmağa başlayıb. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə  kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var. Dünyasını dəyişən şəxslərdən biri azyaşlıdır. Bu fakt deməyə əsas verir ki, Ermənistan nəyin bahasına olursa-olsun danışıqlar prosesini pozmaq, mövcud status-kvonu uzatmaq məqsədi güdür. Elə bu səbədən də  Ermənistanın siyasi-hərbi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavab verir. Sözügedən fakt deməyə əsas verir ki, artıq münaqişənin dinc yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu quru bəyənatdan real işə keçməlidir. Konkret olaraq həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər.

Milli Məclisin deputatı Flora Qasımova ermənilərin bu növbəti vəhşiliyinə, dinc əhaliyə qarşı törətdikləri cinayət əməllərinə münasibət bildirərək qeyd edib ki, ermənilərə ciddi təpki göstərilməsə, işğalçı Ermənistan bu cür vandalizm aktlarını davam etdirəcək. Millət vəkili vurğruayıb ki, ermənilər tərəfindən törədilmiş bu cinayətə dünya birliyi heç bir müzakirəsiz qiymət verməlidir, çünki fakt göz qarşısındadır və nə qədər ki, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmayıb, bu belə də davam edəcək. 2 yaşlı bir körpənin vəhşicəsinə qətlə yetirilməsinin isə yalnız bir adı var - bəşər övladına qarşı qeyri-insani cinayət əməli...

Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali hüququdur. E.Məmmədov bildirib ki, ordumuzun döyüş qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Onun sözlərinə görə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır: "Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli şəkildə aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31