Gündəm

Bakıdakı yüksək temperaturla bağlı AÇIQLAMA - "Normadan 2,7 dərəcə yüksək olub"

5 İyul 2017 11:14

"Ötən gün Bakıda müşahidə edilən havanın temperaturu iqlim normasından 2,7 dərəcə yüksək olub". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ötən gün Bakıda gündüz havanın maksimal temperaturu 37, gecə 26 dərəcə, Sumqayıtda gündüz 40, gecə 26-27 dərəcə olub.

Mahnı Teatrında Molla Pənah Vaqifin 300 illik yubileyi 

5 İyul 2017 10:08

Mahnı Teatrında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində “Xəyalını xəyalıma saz eylə” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Məşhur aktyor vəfat etdi

5 İyul 2017 10:01

Məşhur Türk aktyoru Hakan Balamir ötən gecə 72 yaşında Sağlamlıq Elmləri Universiteti Süreyyapaşa Sinə Xəstəlikləri və Sinə Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, aktyor bir həhtə öncə xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxilələlrinə rəğmən həyatını xilas etmək mümükün olmayıb. Tamaşaçılar Hakan Balamiri ilk dəfə 1972 – ci ildə çəkilən “Bir aşk bin ölüm” filmi ilə tanıyıblar. Aktyor 1985 – ci ildə keçirilən Antalya film festivalında “Ən yaxşı kişi aktyoru”, iki il öncə isə “Yunus Əmrə” filmindəki baş roluna görə Antalya film festivalında mükafata layiq görülmüşdü.

İsmayıllıda narkomaniya əleyhinə tədbir

5 İyul 2017 09:35

Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Regional Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə narkomaniya və onun fəsadları, insan səhhətində yaratdığı problemlər barədə geniş məlumat verib.

Milli geyimlərə həsr olunan sərginin açılışı olub

4 İyul 2017 20:51

İyulun 4 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edərək milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışıb. Sonra sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında qonaqlara ətraflı məlumat verdi.

89-cu mövsümün son məşqi

4 İyul 2017 20:41

Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Teatrdan “Olaylar” – a bildirilib ki, tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir. Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Qəbələ"nin rəqibi hücumçusunu "Roma"ya satır

4 İyul 2017 20:01

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Qəbələ" ilə yoxlama görüşü keçirəcək Kiyev "Dinamo"su aparıcı futbolçularından birini itirə bilər. "Dinamo"nun hücumçusu Andrey Yarmolenko karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

PSJ prezidenti Mbappe ilə görüşüb

4 İyul 2017 19:55

"Monako"nun hücumçusu Kilian Mbappe PSJ-nin də transfer hədəfindədir. Klubun prezidenti Naser əl-Xəlaifi idman direktoruAntero Enrike ilə futbolçu ilə görüşüb. Görüşdə gənc ulduzun atası da iştirak edib. PSJ Mbappeni bu yay transfer edə bilməsə belə, onu başqa kluba keçmək fikrindən döndərmək istəyir. Eyni zamanda 18 yaşlı forvardı Fransadakı əsas rəqibinə satmaq istəməyən "Monako"nu da yola gətirmək lazımdır.

Baş ağrıları hansı fəsadlara səbəb olur?

4 İyul 2017 19:39

Şübhəsiz, hər bir adam öz həyatında baş ağrısı problemi ilə qarşılaşır. Baş ağrısı əqli və ya fiziki gərginlikdən tutmuş bəzi dərman preparatlarının qəbulunadək bir sıra səbəblər üzündən ola bilər.

Evdar xanımlara faydalı məsləhətlər...

4 İyul 2017 19:34

Günümüzdə müxtəlif ailə qayğıları ev xanımlarının yorulmasına gətirib çıxarır. Həmçinin unutmaq lazım deyil ki, bəzi qadınlar evdar qadın olmaqla yanaşı, müxtəlif ixtisas və peşə sahibidirlər. Bu baxımdan onlar gərgin gün keçirmiş olurlar. Ona görə də özlərindən aslı olmayan səbəblərdən vacib amillərə diqqət yetirmirlər. Vaxtı-vaxtında qidalanmaq, özünə qayğı göstərmək ailə üzvləri arasında ən çox onlara lazımdır. Məhz bu cəhətlərin yetərli olmaması onların sağlamlıqlarında və ailə həyatında müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu baxımdan evdar qadınlar öz sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər. 

Zehni işlə məşğul olmaq arıqlamağa kömək edir

4 İyul 2017 19:28

İnsan orqanizmi gərgin intellektual iş rejimində çoxlu kalori sərf edir. Kanadanın Lavalya Universitetinin alimlərinə görə, intellektual işlə məşğul olanlarda, əsasən də kompyuter arxasında oturan insanlarda maddələr mübadiləsi sürətli gedir və bu da onların daha tez arıqlamasına gətirib çıxarır.

ŞOK iddia: Zəli hətta ölmüş sinir hüceyrələrini bərpa edir

4 İyul 2017 19:23

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu "təbiət həkimləri" bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilib.

Pomadanın nədən hazırlandığını BİLİRSİNİZ? - İNANMAYACAQSIZ

4 İyul 2017 19:18

Dodaq boyası və parıltısı nədən hazırlanır? Xanımların makiyajını tamamlayan pomada və dodaq parıltısının balıq pulcuqlarından hazırlandığını bilirdinizmi? Məlum olub ki, balığın bu tullantısı əsrlərdir ki, kosmetikada istifadə olunur.

Tanınmış aktrisa yeni filmlə ekranlara qayıdır

4 İyul 2017 19:12

Uzun zamandır ekranlarda görünməyən aktrisa Belçim Bilgin yeni filmə çəkiləcək. Film romantik janrda olacaq. "Avşar film"in ekranlaşdıracağı layihənin rejissor kürsüsündə Sercan Acar oturacaq.  Adı hələlik dəqiqləşməyən filmin heyətində Halil Sezai, Ataberk Mutlu, Cezmi Baskın vəNebil Sayının olacağı bildirilir. 

Yayda uşağınıza bunları əsla etməyin!

4 İyul 2017 19:07

Yay mövsümü ailəvi istirahət və gəzintilər üçün əvəzedilməzdir. Azyaşlı uşaqları olan valideynlər isə, bu qızmar yay günlərində övladlarını küçədə istidən qorumaq üçün hər yola əl atırlar.