"Qəbələ"nin rəqibi hücumçusunu "Roma"ya satır
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Qəbələ" ilə yoxlama görüşü keçirəcək Kiyev "Dinamo"su aparıcı futbolçularından birini itirə bilər. "Dinamo"nun hücumçusu Andrey Yarmolenko karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.
4 İyul 2017 20:01 İdmanAvstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Qəbələ" ilə yoxlama görüşü keçirəcək Kiyev "Dinamo"su aparıcı futbolçularından birini itirə bilər. "Dinamo"nun hücumçusu Andrey Yarmolenko karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.
Belə ki, Məhəmməd Salahı "Liverpul"a satan "canavarlar" ön xətdə yaranan boşluğu məhz Ukrayna millisinin üzvü ilə doldurmaq niyyətindədi. İnsayd mövqeyində oynamağı bacaran 27 yaşlı oyunçu özü də romalıların təklifinə müsbət yanaşır. Transferin yaxın günlərdə baş tutması istisna edilmir.
Qeyd edək ki, 2007-ci ildən "Dinamo"nun formasını geyinən Andrey Yarmolenko kiyevlilərin heyətində keçirdiyi 223 matçda 96 qola imza atıb. Apasport.az