Milli geyimlərə həsr olunan sərginin açılışı olub
İyulun 4 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edərək milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışıb. Sonra sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında qonaqlara ətraflı məlumat verdi.
4 İyul 2017 20:51 İncəsənətİyulun 4 - də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan milli geyimləri olduğu kimi" sərgisinin açılışı keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edərək milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışıb. Sonra sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında qonaqlara ətraflı məlumat verdi. Onun Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyən edilmiş, onların əsasında milli geyim standartları tərtib edilmişdir. Sərginin kuratoru, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov da tədbirdə çıxış edib. O, sərginin təşkil edilməsinin məqsəd və mahiyyətindən bəhs edərək mədəni irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında məlumat verdi.
Sərginin əsas məqsədi qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəsillərə təhrifsiz ötürülməsinə kömək etməkdir.
Sərgidə milli geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunub. Sərgidə nümayiş olunan materiallar Muzey tərəfindən nəşr olunmuş müvafiq kataloqda əks olunub. Həmçinin sərgidə Azərbaycan milli geyimlərindən ibarət kataloq təqdim olunub. Nəfis tərtibatlı, rəngli, 15 səhifəlik kataloqda müxtəlif geyim növləri, aksessuarları təqdim edilib.
Qeyd edək ki, sərgi oktyabrın 1 - nə kimi davam edəcək.