İsmayıllıda narkomaniya əleyhinə tədbir

Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Regional Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə narkomaniya və onun fəsadları, insan səhhətində yaratdığı problemlər barədə geniş məlumat verib.

Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Regional Bilik Evində "Narkomaniyaya qarşı mübarizə edək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Fonddan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə narkomaniya və onun fəsadları, insan səhhətində yaratdığı problemlər barədə geniş məlumat verib. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzi poliklinikanın narkoloq həkimi Mahir Azayev, RGİİ-nin əməkdaşı Şəhla Qafarova və başqaları məruzəçiyə maraqlı suallarla müraciət ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31