Mahnı Teatrında Molla Pənah Vaqifin 300 illik yubileyi
Mahnı Teatrında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində “Xəyalını xəyalıma saz eylə” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
5 İyul 2017 10:08 MədəniyyətMahnı Teatrında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində "Xəyalını xəyalıma saz eylə" adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Ssenari müəllifi Sənəm Məmmədli, quruluşçu rejissoru Sərvər Şirinov olan səhnə əsərində muğam, vokal, aşıq və teatr sənətinin improvizə edilmiş sintezi öz əksini tapıb. Kompozisiyada şairin "Durnalar", "Şamama", "Sevmişəm", "Bəri bax", "Ayrıldıq","Ağlarsan", "Hayıf ki, yoxdur" və digər bədii yaradıcılıq nümunələrindən istifadə edilib.