Zehni işlə məşğul olmaq arıqlamağa kömək edir

İnsan orqanizmi gərgin intellektual iş rejimində çoxlu kalori sərf edir. Kanadanın Lavalya Universitetinin alimlərinə görə, intellektual işlə məşğul olanlarda, əsasən də kompyuter arxasında oturan insanlarda maddələr mübadiləsi sürətli gedir və bu da onların daha tez arıqlamasına gətirib çıxarır.

Alimlər 14 nəfər üzərində müxtəlif vaxtlarda - mütaliədə, istirahətdə, monitor arxasında, işdə müşahidələr aparmış və onların maddələr mübadiləsini izləmişlər. Əldə edilən nəticələrə görə, hər hansı mətn üzərində işləyən tələbə istirahət edən tələbəyə nisbətən 200 kalori çox sərf edir. Kompyuter tapşırıqlarını yerinə yetirən tələbələr isə 250 kalori daha çox istifadə etmişlər. Bu da normadan xeyli artıqdır.

Ekspertlərin fikrincə, beyindən gələn impulslar nəticəsində insan orqanizmi çox qida qəbul etməyə başlayır. Bu impulsların qarşısını bir stəkan şirin çayla belə almaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31