Gündəm
Deputat gənclər təşkilatlarına çağırış etdi
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Ermənistanın cöbhə xəttində törətdiyi vandalizm aktı ilə bağlı ölkəmizdə, eyni zamanda, dünyada fəaliyyət göstərən bütün gənclər təşkilatlarına müraciət edib. Mürüciətdə bildirilib ki, aşağıdakı linkə daxil olmaqla ermənilərin Füzulidə törətdiyi vəhşiliyi Avropa Parlamentində fəaliyyət göstərən deputatlara çatdırmaq lazımdır.
Bakıda 300 minlik obyekti ələ keçirdiyi üçün tutulan qadın öldü
Bakıda 300 minlik obyekti ələ keçirməkdə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilən Ceyran Rüstəmova ölüb. Ağır xəstəlikdən əziyyət çəkən məhkum Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.
QDİƏT Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Deklorasiya qəbul etdi
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 49- cu Baş Assambleyasının iyulun 5-də keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması ilə bağlı Deklorasiya qəbul edilib. Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev məlumat verib.
Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Dünya Azərbaycanlıları Assambleyasından daxil olub. Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.
Münaqişə zəminində törədiən cinayətin üstü açıldı
Bakı şəhər sakininə xəsarət yetirməkdə şübhəli bilinən çəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 4-də saat 4 radələrində Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Timur Əlibalayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Azər Mahmudov tutulub.
Çovdarovun şahidləri polis gücünə gətiriləcək
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən Fərhad Atayev ifadə verib. O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.
Dinc azərbaycanlılara qarşı erməni vəhşiliyi - FOTOFAKT (18+)
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
"Barselona" Messi ilə bağlı çoxdan gözlənilən xəbəri elan etdi
"Barselona" Lionel Messi ilə müqaviləni yeniləyib. Argentinalı ulduzla 2021-ci ilə kimi yeni müqavilə imzalanacaq. Onun həftəlik məvacibi 500 min avroya yüksələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənclər 2 yaşlı Zəhranın ölümü ilə bağlı yürüş edəcək
2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuiat xidmətindən daxil olub. Bildirilib ki, yürüş Bridge Plazadan başlayacaq. Gənclər saaat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika, 12.00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.
Kaspşik azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı təmas xəttində araşdırma aparır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik dünən Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib. "Düşünürük ki, o, araşdırmalar nəticəsində ədalətli bəyanat verəcək", - deyə H. Hacıyev qeyd edib.
"Bu raket amerikalı əclaflara hədiyyəmizdir"
Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışı sınaqlarını ABŞ-ın 4 iyul Müstəqillik günü ilə əlaqədar "Amerikalı əclaflara" hədiyyə adlandırıb. Kim Çen In "Hvason-14" raketinin buraxılışını şəxsən izləyib.
"Everton"un hücumçusu Super Liqada
Türkiyənin "Sivasspor" klubu heyətinə yeni hücumçu cəlb edib. Super Liqa təmsilçisi İngiltərənin "Everton" klubundan Aruna Koneni alıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Fransalı senator: "Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır"
"Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu". Bunu Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib. N.Qule qeyd edib: "Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?"
Erməni silahlı bölmələrinin iyulun 4-də törətdiyi vəhşilik - FOTOLARDA
Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir
Özünü dünyaya demokrtaik ölkə kimi təqdim edən Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Qətiyyətlə demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi davam etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan müsəlman ölkə kimi İslam kimliyi ilə Asiya və Quzey Afrika İslam ölkələri və bütün ortadogu müsəlman toplumları ilə dini və kültürəl bütünlüyə malikdir.



.jpg)










