Gündəm
Ermənilərdən Zəhranın qısasını aldıq: 5 ÖLÜ, 4 YARALI
Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb. Bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.
Gözdən düşən legioner və ya "Qarabağ" kimə ümid edir?
"Qarabağ" heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. "Alanyaspor"un yarımmüdafiəçisi Vild-Donald Gerye yeni mövsümdən Ağdam klubunun formasını geyinəcək. Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və Gerye yaxın günlərdə Bakıya gəlib, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkəcək.
Türkiyəni yasa boğacaq dəhşətli terrorun qarşısı alındı: az qalmışdı...
CHP rəhbəri Kamal Kılıçdaroğlunun "Ədalət Yürüşü"nə hücum hazırladıqları öyrənilən 6 İŞİD terrorçusu son anda ələ keçib.
Ermənistanın dövlət siyasəti Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdiddir
Ermənistan bütün beynəlxalq qanunların ziddinə gedərək Azərbaycana qarşı təxribat xarakterli addımlarını davam etdirməkdədir. Silahların xüsusən mülki əhaliyə qarşı tuşlanması isə əslində ermənilərin bir toplum kimi xislətini ortaya qoymuş olur. Cəbhə bölgəsində yaşayan insanlarda psixoloji gərginlik yaratmaq istəyi isə Ermənistanın məkirli niyyətlərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
2 yaşlı Zəhranın qatilləri manyaklaşıb: düşmən daha da həyasızlaşıb
"Uşaqlardan düşmən olmaz. Xüsusilə də 2 yaşlı uşaqdan. Lakin 2 yaşlı Zəhranın ölümündə biz günahkar deyilik". Dağlıq Qarabağdakı terrorçu rejimin "Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan Facebook-dakı səhifəsində belə yazıb.
Faciəvi şəkildə ölən tələbə Orxanla bağlı İNSANI SARSIDAN FAKTLAR
Dünən Bakıda dənizdə boğularaq ölən iki dostla bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində batan 22 yaşlı Abbas Abdullayev yeni evlənibmiş. Onun bu yaxınlarda övladı dünyaya gəlibmiş.
"O xanımın Aysuna elədiyi hərəkəti özümə bağışlamıram" - Rəqsanə
"Hər şey daxil" verilişi müğənni Rəqsanə İsmayılovanın Moskvadakı evində qonaq olub. İfaçı vaxtilə etdiyi səhvlərdən danışıb: "Bəzən aqressiv olmuşam və televiziyada təmkinimi qoruya bilməmişəm. Bəzi insanların cavabını verməyəndə elə başa düşür ki, çəkinirsən, ya qorxacaq nəyinsə var.
"Qisas əməliyyatı" - "Ermənistana hərbi təzyiq artırılmalıdır"
Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır. "Füzulinin Alxanlı kəndi iyulun 4-də raket atəşinə tutularkən Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın Ermənistandakı səfiri ilə birgə Amerika səfirliyi ərazisində ərik ağacı əkirdi. Dünən, yəni 4 iyulda Amerikanın müstəqillik günü idi və Sarkisyan səfir vasitəsilə Amerikaya yaltaqlanmaq üçün şəxsən səfirliyə getmişdi. İkiüzlülüyə bax ki, Sarkisyan Amerika səfirinə yaltaqlanarkən və onun vasitəsilə Amerikanın Ermənistana etdiyi maliyyə yardımına görə təşəkkür edərkən, eyni vaxtda Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun guya cəbhə bölgəsində Amerika raketlərindən istifadə etdiyinə dair xəbər yayırdı".
Lapşinin anası məhkəmədə ifadə verəcək? - Vəkildən AÇIQLAMA
Aleksandr Lapşinin anası məhkəməyə çağırılmayacaq. Bu barədə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin deyib. Vəkil bildirib ki, A.Lapşinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə anasının çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Məhkəmə Lapşinin anasının şahid qismində prosesə çağırılması barədə qərar qəbul etməyib. Ona görə də Lapşinin anası məhkəmədə ifadə verməyəcək".
NATO PA-nın seminarında ermənilərin Füzulidə dinc sakinləri öldürməsi məsələsi qaldırılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.
Müxalif düşərgə uzun illərdir “sinifdə” qalır
2017-ci ilin altıncı ayında yaşasaq da, ölkənin siyasi həyatında bu vaxta qədər elə də ciddi bir hadisə, proses baş verməyib. Daha dəqiq desək siyasi proseslərin əsas iştirakçısı hesab edilən müxalif düşərgə ötən müddət ərzində hər hansı aktivlik, proseslərə müdaxilə imkanları ortaya qoya bilməyib. Yalnız ilin əvvəlində hansısa məqsəd və hədəflərə hesablanmış bir-iki etiraz aksiyası keçirilib ki, bu da nə həmin aksiyanı təşkil edənlər, nə də onun sifarişini verənlər üçün qaneedici sayılmayıb. Səbəbi isə hər kəs aydındır. Aksiyaya Azərbaycan cəmiyyətinin istənilən dəstəyi verməməsi və onun təsir imkanına malik olmamasıdır.
Zəhranın Allah babaya məktubu- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
Dilimi bir çox uşaqlar kimi “Nən-nə”ylə açmışdım. Çünki nənəmi çox sevirdim. O da məni hamıdan çox istəyirdi. Sahibəydi nənəmin adı. Mənə lay-lay çalırdı, əzizləyirdi, öpüb-oxşayırdı. Deyirdi ki, bir az da böyü sənə nağıl da danışacam. O nağılda boz canavarı öldürüb qarnından balaları Şəngülümü, Şüngülümü çıxardan keçi də vardı, divə qalib gələn Cırtdan da, qoğalı udan tülkü də.
İstanbul – Azərbaycan Kültür evinin təmsilçiləri MEK – də
Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmet Elpin başçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyəti AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, nümayəndə heyətini qəbul edən MEK direktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri, Milli Rəqəmsal Yaddaş layihəsi, məlumat bazaları barədə məlumat verib. MEK direktoru gələcək əməkdaşlıq çərçivəsində Türkiyədə Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə xüsusi diqqət çəkib. MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü kitabxananın Türkiyə ilə əlaqələri barədə məlumat verib.
“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə də həyata keçirilir. Milli QHT- ından “Olaylar” – a bildirilib ki, layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilib.
XDMX bu il 900 kompüter insidenti aşkarlayıb
2017-ci ilin I yarısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində 897 insident emal olunub.














