Ermənistanın dövlət siyasəti Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdiddir

Ermənistan bütün beynəlxalq qanunların ziddinə gedərək Azərbaycana qarşı təxribat xarakterli addımlarını davam etdirməkdədir.  Silahların xüsusən mülki əhaliyə qarşı tuşlanması isə əslində ermənilərin bir toplum kimi xislətini ortaya qoymuş olur. Cəbhə bölgəsində yaşayan insanlarda psixoloji gərginlik yaratmaq istəyi isə Ermənistanın məkirli niyyətlərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

2 yaşlı uşağın qətlə yetirilməsi Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətinin əyani nümunəsidir

Ermənistan bütün beynəlxalq qanunların ziddinə gedərək Azərbaycana qarşı təxribat xarakterli addımlarını davam etdirməkdədir.  Silahların xüsusən mülki əhaliyə qarşı tuşlanması isə əslində ermənilərin bir toplum kimi xislətini ortaya qoymuş olur. Cəbhə bölgəsində yaşayan insanlarda psixoloji gərginlik yaratmaq istəyi isə Ermənistanın məkirli niyyətlərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Meydanda silahlarını qoyub qaçan, xəlvətdə isə arvad-uşağı hədəf secən ermənilər bu dəfə də ənənələrinə sadiq qalıblar. Belə ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4- də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi öldürülüb.

Hərbi təxribat digər yerli sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı  yaşayış məntəqələrinin dağıdılması və  zərər vurulması ilə nəticələnib. Hərbi ekspertlərin qənaətinə görə, ermənilərin bu addımı müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin  qaniçən mahiyyətini ortaya qoyur. İnsident eyni zamanda deməyə əsas verir ki, məhz dinc sakinlərin, xüsusən 2 yaşlı günahsız fidan körpənin qətlə yetirilməsi  şəxsən cinayətkar rejimin prezidenti Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətinin əyani nümunəsidir. Deməli, Dağlıq Qarabağda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində fəal şəkildə iştirak edən S.Sərkisyan azərbaycanlıların qanına susamasını qətiyyən inkar edə bilmir, əksinə öz əməlləri ilə açıq şəkildə nümayiş etdirir. Məhz bu hadisədən sonra  beynəlxalq aləm dərk etməlidir ki, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması, mütəmadi olaraq dinc sakinlərin öldürülməsinin məqsədi məhz  yerli əhali arasında psixoloji gərginlik yaratmağa hədəflənib. Əslində ermənilər dinc əhaliyə qarşı  təxribat xarakterli əməllərini mütəmadi olaraq davam etdiriblər. Ermənistan silahlı qüvvələrin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistandakı hökumətinin Xocalı faciəsində törətdiyi  amansız qətliamın davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur. 2016-cı il  aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almış, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalmışdır. Törədilən  vandalizm aktı nəticəsində aralarında uşaqlar da  olmaqla 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdır. Eyni zamanda məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriya aramsız hücumlarına məruz qalmış, ciddi zərər görmüşdülər. Ermənistan ordusu daimi olaraq Azərbaycanın mülki sakinlərini və yaşayış məntəqələrini hədəfə alır. Dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir.  Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə isə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir və yaxud bir neçə kəsərsiz açıqlama ilə işlərini bitmiş hesab edirlər.

Artıq günahsız dinc sakinlərin, xüsusən də 2 yaşlı körpənin vəhşicəsinə qətlə yetirilməsi beynəlxalq təşkilatları dayaq nöqtəsindən tərpənməyə vadar etməlidir. Çünki, bununla beynəlxalq təşkilatların nəzərində Ermənistandakı rejimə təzyiq etmək üçün kifayət qədər ciddi əsas yaranıb. Artıq beynəlxalq təşkilatların ikili standartlara son qoyaraq işğalçını öz adı ilə çağırmağ vaxtı çatıb. İşğalçı ilə işğala məruz qalan ölkəyə fərqli yanaşma məhz əsil həqiqəti ortaya çıxara bilər. Deynəlxalq aləm dərk etməlidir ki, Ermənistan dövləti təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda öz vətəndaşlarına qarşı da düşmən mövqedə dayanır. Nəticədə Ermənistanın dinc sakinləri ölkələrindəki quldur rejimin repressiyalarından qaçaraq Azərbaycana pənah gətirir və burda beynəlxalq hüququn norma və prinsiplərinə  uyğun olaraq qarşılanırlar. Azərbaycanın dinc sakinləri isə Ermənistan dövləti tərəfindən qətlə yetirilir, onların təsərrüfatları, şəxsi əmlakları ağır silahlarla dağıdılır. Bütün bunlar bir daha sübut edir ki cəzasızlıq mühiti Ermənistanın heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır.

Onu da xatırladaq ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların icrasını təmin etmək əvəzinə, belə təribat xarakterli əməllər törətməklə işğal etdikləri ərazilərdə daha da möhkmlənməyə çaışırlar. Üstəlik bu kimi təxribatlarla müvəqqəti məskunlaşdıqları ərazilərdən soydaşlarımızın maksimum uzaqlaşdırılmasına çalışır. Bu isə o deməkdir ki, Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır. Ermənilərin adətkar olduqları təxribatları birmənalı şəkildə deməyə əsas verir ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olması istəyindən uzaqdır. Sarkisyan rejimin reallaşdırdığı son qanlı aksiyalar bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq Azərbaycanın sülhpərvər siyasəti münaqişənin alovlanmasının qarşısını alır. Məntiqə görə, beynəlxalq hüquq və normaları ayaq altına atan Ermənistanın dövlət siyasəti Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31