Gündəm

“Günəşli” yatağında 355 nömrəli quyu qazmadan sonra istismara verilib

5 İyul 2017 17:23

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini uğurla davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu məqsədlə Birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib. Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Türkiyənin ehtiyatda olan bir qrup yüksək rütbəli zabiti ilə Müdafiə Nazirliyində görüş keçirilib 

5 İyul 2017 17:22

İyulun 5-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

2 yaşlı Zəhranın qanlı fotosu NATO-nun tədbirində nümayiş etdirildi

5 İyul 2017 17:13

NATO Parlament Assambleyasının  Ukrayna  paytaxtı Kiyevdə keçirilən 95-ci “Rose-Roth” seminarında Azərbaycanli millət vəkili Məlahət İbrahimqızı erməniləri işfası qalmaqalla nəticələnib.

Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB

5 İyul 2017 17:10

Alimlər planeti məhv edəcək asteroidin dəqiq ölçüsünü təyin ediblərBunun üçün kompüter modellərindən istifadə olunub. Araşdırma zamanı hansı ölçüdə asteroidin planetdəki yaşayışa son qoyacağı müəyyən edilib. Beləliklə, 50 min irili-xırdalı asteroid tədqiq edilib. Məlum olub ki, planetimizi diametri 140 metr olan asteroid məhv edə bilər. 

İki yaşlı şəhidimizə görə MÜHARİBƏ BAŞLAYIR - Putinin adamı "ERMƏNİ PLANINI" AÇDI

5 İyul 2017 17:08

Ermənistanın Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək, dinc insanları öldürməsinə görə Qarabağda yeni müharibə başlaya bilər. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Vestnik kavkaza” saytına açıqlamasında bildirib.

Alimlərdən DƏHŞƏTLİ PROQNOZ – İnsanları məhv edəcək ölümcül istilər gəlir

5 İyul 2017 17:03

2100-cü ildə yay mövsümü də bəşəriyyət üçün qış qədər ekstremal və təhlükəli fəsilə çevriləcək. “Nature Climate Change” elmi jurnalında “Ölümcül istilərin qlobal riski” sərlövhəli məqalə qələmə alan iqlimşünas alimlər qrupu bu nəticəyə gəliblər. Alimləri bu qənaətə gətirən isə 2010-cu ildən Moskva şəhərində hakim kəsilmiş anomal isti hava şəraiti olub. Həmin ildə Moskvada 44 gün ərzində havanın temperaturu 30 dərəcədən yüksək keçib.

BİRA Petitsiyaya başladı – ATƏT-dən imtina edək!

5 İyul 2017 17:01

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməsi üçün petitsiyaya başlayıb. Petitsiyada deyilir ki, işğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar: “Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Komitə: Dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri Füzulidəki son təxribata layiqli qiymət verməlidir

5 İyul 2017 16:58

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən törədilən, Füzulidə dinc sakinlərin ölməsi və yaralanması ilə nəticələnən təxribata münasibət bildirib. 

Bolqarıstanda zəncirvari qəza - 40 avtomobil toqquşub

5 İyul 2017 16:57

Bolqarıstanın İhtiman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 40-dan çox avtomobil toqquşub. Qəzada azı 31 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Qəzanın səbəbinin sıx duman olduğu ehtimal edilir.

İƏT Azərbaycan kəndinin erməni qoşunları tərəfindən atəşə tutulmasını kəskin pisləyir

5 İyul 2017 16:55

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi istənilən güc tətbiqini pisləyir və hesab edir ki, bütün mübahisələr dinc yolla həll edilməlidir. Bu barədə təşkilatdan bildirilib. Təşkilatın şərhində qeyd olunur ki, İƏT Azərbaycanda dinc sakinlərin həlak olması ilə nəticələnmiş Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını pisləyir.

Bir ay sonra şikayət etdi - Bir gün sonra oğrular tutuldu

5 İyul 2017 16:53

İyulun 4-də Zaqatala rayonunun Yuxarı Tala kənd sakini İlqar Davudov iyunun 26-da evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, polisə gec müraciət etməsinin səbəbini yaxın çevrəsindən şübhələnməsi və axtarışlarının bir nəticə verməməsi ilə izah edib.

"Beynəlxalq təşkilatlar ermənilərin dinc əhaliyə qarşı vandalizmlər törətməsinə göz yumur"

5 İyul 2017 16:51

"Ermənilərin cəbhə bölgəsində işğal etdikləri ərazilərdən Azərbaycanın mülki əhalisinə qarşı təxribat törətmələri birinci dəfə deyil". Bunu  millət vəkili Tahir Rzayev deyib. 

Sumqayıtda yeniyetmə və gənclərə sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilmişdir.

5 İyul 2017 16:49

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasın davam etdirir.

Ombudsman beynəlxalq aləmə müraciət ünvanladı

5 İyul 2017 16:40

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, bəyanatda bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Azay Quliyev Ermənistanı barbar və vəhşi adlandırdı

5 İyul 2017 16:39

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək  Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində  iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.