“Günəşli” yatağında 355 nömrəli quyu qazmadan sonra istismara verilib

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini uğurla davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu məqsədlə Birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib. Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini uğurla davam etdirir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu məqsədlə Birliyin sifarişi ilə "Günəşli" yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib. Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31