Gündəm
Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumunu kəskin şəkildə pisləyir
Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı təxribat xarakterli fəaliyyətini kəskin şəkildə pisləyir. Assosiasiyanın prezidenti Jan-Fransua Mansel tərəfindən imzalanan bəyanatda dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verilir.
Ramil Səfərov Zəhradan yazdı: "Bir gün o murdar başınız mütləq kəsiləcək!"
Azərbaycanlı hərbçi Ramil Səfərov Zəhra haqqında paylaşım edib. Zəhranın şəklini Instagram-da bunları yazıb: "Ey bu məsum körpəni şəhid edən murdar markaryanlar, bilin ki dünyanın harasına qaçsanız da, nə qədər vaxt ötsə də bir gün o murdar başınız mütləq kəsiləcək! Ramil Səfərova "ədalət" məhkəməsi quran dünya bəs indi hara baxır? Narahat olmasınlar, biz ədaləti özümüz təmin etməyi bacarırıq".
Tərtərdə avtomobil yolunun tikintisinə 7 milyon manat ayrıldı
Prezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatından bəyanat
2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru və s. özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır.
Xalq artisti ermənilərin öldürdüyü 2 yaşlı Zəhradan danışdı: "Ağlaşma qurmamalıyıq"
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhranın və nənəsinin qanına qəltan edilməsi xəbəri hər bir azərbaycanlını hiddətə gətirib.
QMİ-dən son erməni təxribatı ilə bağlı BƏYANAT
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son erməni təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.
"BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda yeni qurbanlar olacaq"
"Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanlar olacaq". Bunu Böyük Britaniyanın Transatlantika və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Ziba Norman deyib.
Türkiyənin millət vəkillərindən Alxanlıdakı hadisəyə SƏRT REAKSİYA
"Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır". Bu sözləri Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib. O bildirib ki, Türkiyəni "soyqırım" törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: "Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək".
"32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub"
"Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir".
"Azərbaycan diaspor təşkilatları səfərbər olunub"
"İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı Azərbaycan diaspor təşkilatları səfərbər olunub".
ATGTİ erməni təxribatı ilə bağlı bəyanat yaydı
Erməni işğalçılarının 4 iyul 2017-ci il tarixində cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)
Ermənilərin Füzulidəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər tərəfindən beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq.
Millət vəkili: Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşür
“Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində baş verən ölüm hadisəsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır”.
Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib
Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub.
Bakı metrosunda oğlan başını qatar relsinin üstünə qoyub intihar etdi - VİDEO (18+)
Bakı metrosunda dəhşətli hadisə baş verib. Gənc oğlan başını relsin üstünə qoyub, hərəkətdə olan qatar onun başını üzüb. Bakı metropoliteninin rəsmisi Nəsimi Paşayev isə bildirib ki, görüntülər yeni yayılsa da, bir neçə ilin hadisəsidir.














