"BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda yeni qurbanlar olacaq"

"Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanlar olacaq". Bunu  Böyük Britaniyanın Transatlantika və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Ziba Norman deyib.

Onun sözlərinə görə, BMT-nin çoxsaylı qətnamələri var və onlara əməl olunmalıdır.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31