Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatından bəyanat

2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi,  terroru və s. özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin  təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri  başda olmaqla bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gündə Ermənistan 20- ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə  yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıdan, bir çoxunu saxtalaşdıran, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur.

Ermənistanın təcavüzkar və işğalçı siyasətinin qurbanı olan biz qaçqın və məcburi köçkün gənclər bu cür ədalətsizliyə, ikili standartlara,  qaniçən, uşaq qatili olan bu dövlətin törətdiyi cinayətlərə göz yuman, dəstək verən, bu münaqişənin sülh yolu ilə həll olunmasını bəhanə gətirərək işğal altında olan torpaqlarımızda ermənistanın möhkəmlənməsinə çalışan bütün dırnaqarası vasitəçilərə kəskin etirazımızı bildiririk. Bəyan edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, nəhayət körpələrin qanı bahasına təşkil etdikləri turist səfərlərinə son qoysunlar.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması münasibətilə şəhidlərimizin ailələrinə və bütün xalqımıza başsağlığı verir, Quliyeva Sərvinaza isə Allahdan şəfa diləyirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31