Müxalif düşərgə uzun illərdir “sinifdə” qalır

2017-ci ilin altıncı ayında yaşasaq da, ölkənin siyasi həyatında bu vaxta qədər elə də ciddi bir hadisə, proses baş verməyib. Daha dəqiq desək siyasi proseslərin əsas iştirakçısı hesab edilən müxalif düşərgə ötən müddət ərzində hər hansı aktivlik, proseslərə müdaxilə imkanları ortaya qoya bilməyib. Yalnız ilin əvvəlində hansısa məqsəd və hədəflərə hesablanmış bir-iki etiraz aksiyası keçirilib ki, bu da nə həmin aksiyanı təşkil edənlər, nə də onun sifarişini verənlər üçün qaneedici sayılmayıb. Səbəbi isə hər kəs aydındır. Aksiyaya Azərbaycan cəmiyyətinin istənilən dəstəyi verməməsi və onun təsir imkanına malik olmamasıdır.

Bu düşərgə səviyyə olaraq hələ çox geridədir

2017-ci ilin altıncı ayında yaşasaq da, ölkənin siyasi həyatında bu vaxta qədər elə də ciddi bir hadisə, proses baş verməyib. Daha dəqiq desək siyasi proseslərin əsas iştirakçısı hesab edilən müxalif düşərgə ötən müddət ərzində hər hansı aktivlik, proseslərə müdaxilə imkanları ortaya qoya bilməyib. Yalnız ilin əvvəlində hansısa məqsəd və hədəflərə hesablanmış bir-iki etiraz aksiyası keçirilib ki, bu da nə həmin aksiyanı təşkil edənlər, nə də onun sifarişini verənlər üçün qaneedici sayılmayıb. Səbəbi isə hər kəs aydındır. Aksiyaya Azərbaycan cəmiyyətinin istənilən dəstəyi verməməsi və onun təsir imkanına malik olmamasıdır.

Qarşıdan isə növbəti altı ay gəlir və beləliklə 2017-ci ilə yekun vurmaqla növbəti ilə, seçki ilinə qədəm qoyacağıq. Yəni prezident seçkiləri ilinə. Bir qayda olaraq yaxın və uzaq ölkələrdə siyasi müxalifət adətən bu və ya digər seçkilərə qeyri-rəsmi də olsa bir il qalmış hazırlaşmağa başlayır. Partiyalar öz namizədini müəyyənləşdirir, ümumi fikir mübadiləsi aparılır, yaxud hakimiyyətə ciddi rəqib ola biləcək ortaq namizəd tapılır. Azərbaycanda isə artıq cari ilin yarısı başa çatmaq üzrə olsa da, müxalif düşərgə növbəti ildə keçiriləcək prezident seçkiləri barədə düşünmək belə istəmir. Yalnız müxalif meyilli Vətəndaş və İnkişaf Partiyası bu günlərdə 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyanlayaraq öz namizədini müəyyənləşdirib. Digər siyasi qüvvələr isə hələlik gözləmə mövqeyindədirlər. Bunu isə bəzi siyasilər bir neçə amillə əlaqələndirirlər. Bir çoxları isə hesab edir ki, Azərbaycan müxalifətinin passivliyinin başlıca səbəblərindən biri də xarici təşkilatlar, ayrı-ayrı ölkələrin siyasi qurumları və təşkilatları ilə əməkdaşlıq edə, işləyə bilməməsidir.

Ekspert Natiq Cəfərli hesab edir ki, müxalif düşərgə 3 mövzuda heç vaxt iqtidardan güclü ola bilməz. Onun sözlərinə görə, bu maddi durum, fiziki güc və ritorika ilə bağlıdır: "Bizim güclü ola biləcəyimiz sözümüzün çəkisi, ədalətli mövqeyimiz, vətandaşın rəğbətidir. Müxalif düşərgədən kimsə hakimiyyətdən daha militarist, daha hərbi ritorika səsləndirəndə, açığı, bu qeyri-səmimi və gülməli səslənir. Xarici siyasətçilərlə belə ritorikada danışmaq isə lap böyük səhvdir. Onlarla danışıqlarda müxalif düşərgə uzun illərdir "sinifdə" qalır. Məsələn, İsveçrənin prezidenti Bakıya gəlir, prezidentlə görüşür, ciddi mövzuları - enerji təhlükəsizliyi, terror, dünya siyasətinin yönü, regional siyasəti, Qarabağı müzakirə edir, maraqlı və səviyyəli söhbət edir. Üstündən 1 saat sonra müxalif düşərgə ilə görüşür, onun gözləntisi müxalifətin həmin məsələlərə alternativ fikirlərini öyrənməkdir. Amma eşitdiyi müxalifət liderlərinin şəxsi giley-güzarı, humanitar məsələlər olur. Qlobal siyasi "vizion" görmür və mən əminəm ki, öz-özünə Azərbaycan prezidenti ilə görüşün səviyyəsini, azı, 5 qat üstün görür. Belə görüşlərdə biz daha qlobal, fəlsəfi-siyasi məsələlər qaldıranda isə bizə "akademik" məsələlər haqqında danışdığımıza görə irad bildirirlər. Son 5 ildə 50-dən çox belə görüşlər olub. Mən sadəcə birinin məğzini deyil də, strukturunu yazdım". Natiq Cəfərli bildirib ki, hakimiyyət nümayəndəsinin beynəlxalq ictimayyətə sülhyönümlü mesaj verməsi doğru siyasi gedişdir. Onun sözlərinə görə, müxalifət üzvlərinin bir qismi isə "təkərə" düşüb: "Dünyanı anlamadan, daxili prosesləri analiz etmədən "militarist" bəyanatlar, sülhpərvər çağırışlara aqressiv açıqlamalar verməsi, hətta bu məsələyə münasibətin "müxaliflik indikatoru" olması kimi absurd bir yanaşmalar qoymaları onu sübut edir ki, səviyyə olaraq hələ çox geridədilər. Müxalifət həmişə, hər an, hər bir məsələyə münasibətdə gələcək hökumət - iqtidar kimi düşünməli, məhz elə reaksiya verməli, özünü idarəetməyə hazırlamalıdır. Yoxsa, "faşizan" tutumla, bayağı, populist, militarist ritorika ilə nə qazanmaq olar ki?! Bu müstəvidə axı sən əvvəlcədən hakimiyyətə uduzursan. Səndən daha militarist bəyanları da var, əməlləri də, bunu anlamaq çoxmu çətindir?!

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31