XDMX bu il 900 kompüter insidenti aşkarlayıb
2017-ci ilin I yarısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində 897 insident emal olunub.
5 İyul 2017 15:50 İqtisadiyyat2017-ci ilin I yarısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində 897 insident emal olunub. II rüb ərzində müvafiq qurumlara aşkar edilmiş boşluqlar barədə 81 audit göndərilib. Bununla yanaşı, gov.az zonasında müvafiq qurumların sorğuları əsasında 9 domen və 92 subdomen qeydiyyatdan keçirilib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31