Gözdən düşən legioner və ya "Qarabağ" kimə ümid edir?
"Qarabağ" heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. "Alanyaspor"un yarımmüdafiəçisi Vild-Donald Gerye yeni mövsümdən Ağdam klubunun formasını geyinəcək. Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və Gerye yaxın günlərdə Bakıya gəlib, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkəcək.
5 İyul 2017 16:26 İdman"Qarabağ" heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. "Alanyaspor"un yarımmüdafiəçisi Vild-Donald Gerye yeni mövsümdən Ağdam klubunun formasını geyinəcək. Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və Gerye yaxın günlərdə Bakıya gəlib, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkəcək.
"Qarabağ"ın yeni transferinin karyerasında irəliləyişdə olduğunu demək çətindir. Ötən ilin yayında "Visla"dan 255 min avroya "Alanyaspor"a keçən və 3 illik müqavilə imzalayan hücumameyilli futbolçu ilk ilində özünü doğrulda bilməyib. Cinah yarımmüdafiəçisi mövqeyi ilə yanaşı, müdafiənin sol cinahında da çıxış etməyi bacaran Gerye 2016-17 mövsümündə Superliqada 24 oyunda meydana çıxıb. Mövsümün əvvəllərində əsas heyət üzvü olan Haiti yığmasının üzvü getdikcə məşqçilər korpusunun gözündən düşüb. Nəticədə qış fasiləsindən sonra cəmi 11 çempionat matçında şans qazanıb ki, bunun yalnız 3-də start heyətində yer alıb.
Mövsümün əvvəllərində "Antalyaspor", "Trabzonspor" və "Adanaspor"un qapısına 1 dəfə yol tapan 28 yaşlı oyunçu son qolunu ötən il noyabrın 5-də "Qaziantepspor"un qapısına vurub. Yəni, 242 gündü qola həsrət olan Gerye cəmi 2 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb. Gerye Türkiyə kubokunda da 1 görüşdə 23 dəqiqə meydanda olub. Superliqada ötən mövsümü 12-ci pillədə başa vuran "Alanyaspor" rəhbərliyi yeni mövsümdə daha iddialı kollektiv qurmaq niyyətindədi. Bu məqsədlə heyətini gücləndirməkdə olan alanyalılar heyətində də "təmizləmə işləri" aparmağı unutmur.
Maraqlıdı ki, məşqçilər korpusunun gələn mövsüm üçün planlarına daxil olmayan futbolçulardan biri də Vild-Donald Gerye idi. Bu səbəbdən rəhbərlik bir neçə gün əvvəl onu transferə çıxardığını açıqlamışdı. Futbolçunun "Alanyaspor"la müqavilə müddəti 2019-cu ilə qədər olduğundan, "Qarabağ" bu keçid müqabilində qarşı tərəfə müəyyən məbləğdə təzminat ödəməli olacaq.
Qeyd edək ki, "Qarabağ" Gerye ilə yanaşı, hələlik yalnız Abbas Hüseynov və Anton Kanibolotskini transfer edib. Apasport.az