QDİƏT Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Deklorasiya qəbul etdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 49- cu Baş Assambleyasının iyulun 5-də keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması ilə bağlı Deklorasiya qəbul edilib. Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev məlumat verib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 49- cu Baş Assambleyasının iyulun 5-də keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması ilə bağlı Deklorasiya qəbul edilib. Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev məlumat verib. Deputat bildirib ki, bu gün keçirilən iclasda QDİƏT-in yaranmasının 25 illiyinə həsr olunmuş Deklorasiya qəbul edilib: "Bu Deklorasiya ilk sənəddir ki, QDİƏT-ə üzv ölkələr bir-birinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Müzakirələr zamanı bu prinsipin vacibliyi qeyd olundu".M.Quliyev qeyd edib ki,  Ermənistan və Rusiya xaric QDİƏT-ə bütün üzv ölkələr sənədi dəstəkləyib: "Sənəd 10 lehinə və 2 əlehinə səs olmaqla qəbul edildi. Amma sənəd ermənilərin təkidi ilə təkrar olaraq fərdi səsverməyə qoyuldu. Nəticədə sənədin 44 lehinə, 9 isə əlehinə səs verilməklə vacib tarixi qələbə qazandıq. Azərbaycan nümayəndə heyətinin gərgin əməyi öz bəhrəsini verdi". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31