Çovdarovun şahidləri polis gücünə gətiriləcək
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən Fərhad Atayev ifadə verib. O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.
5 İyul 2017 15:34 KriminalBu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən Fərhad Atayev ifadə verib. O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.
Digər şahidlər prosesə gəlmədiyi üçün onların barəsində məcburi gətirilmə qərarı qəbul edildiyi elan edilib. Qərarın icrası üçün Daxili İşlər Nazirliyinə müraciət edilib. Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək. Qafqazinfo.az